Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15.06.2019 [10:16]
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq Onun xatirəsini anıb, sonra Ümummilli Liderimizin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olublar.
YAP Tərtər rayon təşkilatının qərargahında keçirilən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu vurğulayıb.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, 15 İyun hər bir Azərbaycan vətəndaşının yaddaşında əbədi həkk olunan tarixi günlərdən biridir. Kəsb etdiyi əhəmiyyətinə görə bu tarix dövlətçiliyimizin və müstəqilliyimizin bütün təhlükələrdən qurtuluşu günüdür: “Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı oldu. Ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın çağırışı ilə Naxçıvandan Bakıya dönən Ulu Öndərin qətiyyəti sayəsində müstəqil respublikamız məhv olmaq təhlükəsindən xilas oldu, Azərbaycanın gələcək inkişafının təməli qoyuldu, müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin edildi”.
Müstəqim Məmmədov daha sonra Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin titanik fəaliyyətindən, müstəqilliyimizin qorunub möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi qlobal işlərdən, Tərtərin də həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmasından danışıb.
Sonra çıxış edən YAP Tərtər rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, rayon ziyalılarından Elçin Qasımov, Şıxəli Alməmmədov, İlqar Quliyev və rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynallı Azərbaycanın 26 il əvvəl, iyunun 15-dən başlanan yüksəlişinin bu gün də davam etdiyini vurğulayıblar. Qeyd olunub ki, indi Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində dünyanın qüdrətli və zəngin ölkələrindən birinə çevrilib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib.
Sonra tədbir “Heydər parkı”nda rayon mədəniyyət evinin “Tərtər” xalq çalğı alətləri ansamblının konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

