Görkəmli alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
26.06.2019 [11:46]
İyunun 25-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müəllimi, professor, “Şərəf” ordenli Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi Bakı Dövlət Universitetinin matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulmuşdu.
Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Şirməmməd Hüseynovun həmkarları, dostları, tələbələri, tanınmış elm xadimləri axın-axın universitetin binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
Vida mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev deyib ki, bu gün Azərbaycan elmi, təhsili, ziyalı təbəqəsi üçün çox ağır gündür. Hamının yaxşı tanıdığı, hörmət bəslədiyi, sevdiyi Şirməmməd Hüseynovla vidalaşırıq. Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Ş.Hüseynovun zəngin yaradıcılıq yolu hamıya yaxşı məlumdur.
Rektor vurğulayıb ki, Ş.Hüseynovun həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsil alan Şirməmməd Hüseynov Vətənə ilk azərbaycanlı alim-jurnalist kimi dönüb. Gənc jurnalistlərin yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Şirməmməd müəllim elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirib. O, hər zaman tələbələrlə müəllimləri bir komanda kimi ətrafında birləşdirə bilib.
Şirməmməd Hüseynovun azərbaycançılıq ideologiyasının sadiq keşikçilərindən biri olduğunu bildirən rektor vurğulayıb ki, o, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərib. Daim həqiqətin, ədalətin, azad sözün tərəfdarı olub. Buna görə də təkcə elmi ictimaiyyətin deyil, sadə insanların da böyük hörmətini qazanıb.
BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, akademik Vasif Babazadə, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək Şirməmməd Hüseynovu müəllimlər müəllimi kimi xarakterizə ediblər.
Bildirilib ki, Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynov uzun illər milli mətbuatımızın qatı açılmamış səhifələrini arxivlərdən çox böyük vətənpərvərliklə, tədqiqatçı inadkarlığı ilə arayıb-axtarıb, üzə çıxararaq nəşr etdirib. Onun müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir. Bu nəşrlərin hər biri istər alimlər, istər tələbələr, istərsə də oxucular üçün zəngin xəzinədir. Ədalətlilik, prinsipiallıq, qətiyyətlilik, nəciblik, xeyirxahlıq kimi insani keyfiyyətlər Şirməmməd Hüseynovun xarakterinə xas olan xüsusiyyətlər idi.
Şirməmməd Hüseynov “Həqiqət və ədalət carçısı”, “M.Ə.Rəsulzadə”, “Mənəvi irsimiz və gerçəklik”, “Mətbu irsimizdən səhifələr”, “Parlament hesabatları” və digər dəyərli kitabların və əsərlərin, həmçinin çoxsaylı dərslik və dərs vəsaitlərinin müəllifidir. Çoxsaylı kitabları içərisində “Parlament hesabatları” onun şah əsəri hesab edilir. Şirməmməd müəllim milli yaddaşımızın daşıyıcısı idi, öz əsərləri ilə Azərbaycanın dünəni və bu günü arasında mənəvi körpü yaradıb.
Xüsusi olaraq qeyd edilib ki, Prezident İlham Əliyevin 2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən professor Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi onun bu və digər xidmətlərinə verilən yüksək qiymətdir.
Ailəsi adından çıxış edən Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Bakı Dövlət Universitetinin atası üçün müqəddəs məkan olduğunu və BDU-nu evi qədər sevdiyini söyləyib. Qeyd edib ki, Ş.Hüseynovun ömrünün 60 ili universitet ilə bağlı olub. O, Bakı Dövlət Universitetini Azərbaycanın kiçik modeli hesab edirdi.
Fərəh Əliyeva atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Vida mərasimi başa çatandan sonra görkəmli alimin ruhuna dualar oxunub və cənazəsi son mənzilə yola salınıb.
Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.
Xəbər lenti
Hamısına baxElm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39

