/ / Mingəçevirdə "İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar – şəxsi həyat" mövzusunda seminar keçirilib
Mingəçevirdə "İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar – şəxsi həyat" mövzusunda seminar keçirilib
27.06.2019 [17:24]
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyunun 25-də Mingəçevir şəhərində "İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar – şəxsi həyat" mövzusunda seminar keçirib. "Mingəçevir işıqları" qəzetinin Media Resurs Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar – şəxsi həyat" mövzusunda konfrans və seminarların təşkili" layihəsi çərçivəsində baş tutub. Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, xəbər istehsalçılarının şəxsi həyat barədə xəbər hazırlamağın şərtlərinə yanaşmaları problemlidir: "Xüsusi kateqoriyalı fərdi məlumatlar"ın, onun mühüm qollarından olan şəxsi həyatın qorunması modern dünyada insan hüquqlarının ən önəmli prinsiplərindən biri, həmçinin onlayn medianın trend problemlərindən biri kimi qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi "Şəxsi həyatın qorunması"nı ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də şəxsi həyata aid informasiyaların qorunmasına, ona hörmətlə yanaşılmasına təminat verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155 və 156-cı maddələri başqalarının "şəxsi həyat" prinsipini pozmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Mövzunun həssaslığını nəzərə alaraq, Milli Məclis "Fərdi məlumatların qorunması" adlı əlahiddə qanun da qəbul edib. "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın 3-cü prinsipi də "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" mövzusuna həsr edilib.
Amma internetin sürətli inkişaf etməsi ilə bu sahədə problemlər də ortaya çıxıb, şəxsi həyatın qorunması mövzusu aktuallaşıb. Sosial şəbəkələr, şəxsi həyatın qorunması və digər bu kimi prinsiplərin intensiv şəkildə pozulmasına yol açmaqla, mənfi təzahürləri də ortaya çıxarıb. "İnternet dövründə şəxsi həyatın qorunmasını necə təmin etməli?" sualı qlobal səviyyəli müzakirələrin mövzusuna çevrilib. Problemin aradan qaldırılması üçün beynəlxalq təşkilatlar bir sıra modelləri müzakirəyə çıxarıblar. Keçirdiyimiz seminarlarda iştirakçılara bu problemin aradan qaldırılması yolları barədə məlumat verilir".
Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə "Xüsusi kateqoriyalı fərdi məlumatlar – şəxsi həyat və KİV" adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.
Tədbirdə çıxış edən media eksperti Nəzirə Nurullayeva şəxsi həyat barədə informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə seminar iştirakçılarını məlumatlandırıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20

