Bakı Slavyan Universitetində “Məzun günü” keçirilib
28.06.2019 [09:32]
Bakı Slavyan Universitetində (BSU) “Məzun günü” keçirilib. Əvvəlcə BSU-nun foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
BSU-dan qəzetimizə bildirilib ki, tədbiri rektor Nurlana Əliyeva açaraq əlamətdar gün münasibətilə məzunları və valideynləri universitetin professor-müəllim heyəti adından təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışan rektor Nurlana Əliyeva Prezident İlham Əliyevin gənclər barədə verdiyi sərəncamlardan söz açıb. O, məzunları gələcək fəaliyyətlərində Bakı Slavyan Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə töhfə verməyə çağırıb. Nurlana Əliyeva hərbi xidmətə gedəcək məzunlara Vətənin keşiyində möhkəm dayanmağı arzu edib.
Məzunları təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov ölkəmizdə bilikli və bacarıqlı gənclərə daim ehtiyac olduğunu diqqətə çatdırıb. O, BSU-da müasir tələblərə cavab verən ixtisaslı kadrlar hazırlanmasını və həyata keçirilən yenilikləri yüksək qiymətləndirib.
Sonra məzunlar Bakı Slavyan Universitetinin rəmzi bayrağını III kurs tələbələrinə təhvil verərək BSU məzununun Şərəf Andını və ali məktəbin himnini səsləndiriblər.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev məzunları dünyanın istənilən yerində Azərbaycanı layiqincə təmsil etməyə səsləyib. Sonra Füzuli Rzaquliyev və Veteran.az saytının redaktoru Elnur Səlimov BSU-nun rektoru, professor Nurlana Əliyevaya “Ordunun 100 illiyi” medalını təqdim ediblər.
Yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara “Fəxri məzun” diplomları təqdim olunub.
Magistr Umuxanım Müseyibova universitetdə yaradılmış şəraitə görə rektor Nurlana Əliyevaya məzunlar adından minnətdarlığını bildirib. O, universitetdə çalışan professor-müəllim heyətinin tələbələrə göstərdikləri qayğını yüksək qiymətləndirərək bu illərin heç bir zaman unudulmayacağını deyib. BSU-dan məzun olan türkiyəli tələbə Pınar Dural çıxışında xarici tələbələrə göstərilən xoş münasibətdən, universitetdəki tolerant və multikultural mühitdən danışıb. Sonra əcnəbi tələbələr müxtəlif dillərdə məzunları təbrik edərək Azərbaycan dilində mahnılar səsləndiriblər.
Rusiyanın Azərbaycandakı səfirinin humanitar məsələlər üzrə müşaviri İqor Yeronin, professor Şahlar Əsgərov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Abbas Hüseynov çıxışlarında gənclər üzərində böyük əməyi olan valideynləri və müəllimləri təbrik edərək məzunlara uğurlar diləyiblər.
Tədbir geniş konsert proqramı ilə davam edib. Məzunlar əsgər marşı, şeir və vətənpərvər mahnılardan ibarət kompozisiya təqdim ediblər. Konsert proqramı məzunların “Əlvida, Bakı Slavyan Universiteti” mahnısı ilə başa çatıb.
Qeyd edək ki, bu il Bakı Slavyan Universitetindən bakalavriat səviyyəsi üzrə əyani təhsil alan 595, qiyabi təhsil alan 12 tələbə və magistratura səviyyəsi üzrə 115 magistr məzun olub.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30

