/ / Respublika müşavirəsində suvarma şəraitində yeni taxıl sortları və becərmə texnologiyaları müzakirə edilib
Respublika müşavirəsində suvarma şəraitində yeni taxıl sortları və becərmə texnologiyaları müzakirə edilib
28.06.2019 [09:33]
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Tərtər Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə Tərtər rayonunda “Suvarma şəraitində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərin nümayişi” mövzusunda respublika müşavirəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, Milli Aviasiya Akademiyasının alim və mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında aqrar sahədə əldə edilən uğurlardan danışıb, taxılçılığın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ölkə iqtisadiyyatında strateji sahələrdən biri olduğunu diqqətə çatdıraraq, müşavirənin əhəmiyyətini yüksək qiymətləndirib.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Əkinçilik Elmi Tədqiqat İnstitutunun taxılçılığa dair tədqiqat prioritetləri və taxıl yığımını vaxtında və itkisiz başa çatdırmaq üçün qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. O, çıxışında respublikada taxıl biçininin gedişindən, yığımı vaxtında başa çatdırmaq üçün nazirlik tərəfindən həyata keçirilən əməli tədbirlərdən, taxılçılıq sahəsində aparılan elmi-tədqiqatların əsas strateji istiqamətləri və tədqiqat prioritetlərindən bəhs edib.
Müşavirədə bildirilib ki, respublikada ilk dəfə olaraq Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin rəhbərliyi altında ozonlaşdırma texnologiyası işlənilib hazırlanıb. Milli Aviasiya Akademiyasının təşəbbüsü ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri tərəfindən ozonlaşdırmanın kənd təsərrüfatında tətbiqi əsasında taxıl istehsalının az məsrəflə və ekoloji təmiz üsullarla artırılması, məhsulun ekoloji təmiz və itkisiz saxlanılması üzrə elmi tədqiqat və sınaq işləri aparılıb, mühüm nəticələr əldə edilib. Milli Aviasiya Akademiyası ilə Əkinçilik Elmi-tədqiqat İnstitutu arasında da əməkdaşlıq müqaviləsi bağlanıb.
Diqqətə çatdırılıb ki, toxumların səpinqabağı ozonlaşdırma texnologiyası ilə işlənməsi onun ekoloji tələblərə uyğun olması, toxumların səpin keyfiyyətini yüksəltməsi və iqtisadi cəhətdən səmərəliliyinə görə alternativ texnologiyalarla müqayisədə daha effektlidir.
Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova suvarma şəraiti üçün yaradılmış yeni rayonlaşmış və perspektiv buğda və arpa sortlarının, yeni resurs mühafizəedici innovativ texnologiyaların, nümunəvi əkinlərin üstünlükləri haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, əsası 1933-cü ildə qoyulmuş Tərtər Bölgə Təcrübə Stansiyasında hər il 6000-ə qədər yerli və xaricdən introduksiya edilən buğda və arpa sort nümunələri üzərində tədqiqatlar aparılır və istehsal edilən yüksək reproduksiyalı 450-500 ton elit toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilir.
Müşavirədə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, fermerlərin sualları cavablandırılıb.
Sonra iştirakçılar Bölgə Təcrübə Stansiyasının ərazisində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərlə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

