Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisi keçirilib
06.07.2019 [10:06]
İyulun 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) II Məclisi keçirilib.
AZƏRTAC xəbər verir ki, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələlər barədə tədbir iştirakçılarına məlumat verib və “Müasir dövrdə həmkarlar ittifaqına yeni üzvlərin cəlb edilməsində motivasiyanın rolu, beynəlxalq təcrübə və Azərbaycan həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda məruzə ilə çıxış edib.
Səttar Möhbalıyev qeyd edib ki, bu gün müzakirə edilən məsələ həmkarlar ittifaqları üçün mühüm əhəmiyyət daşıyır. Bu mövzu ətrafında dəfələrlə müzakirələr aparmış, müəyyən nəticələrə də nail olmuşuq. Lakin etiraf edək ki, bu sahədə hələ həllini tapmayan problemlər də qalmaqdadır. Bu gün bu problemlər, onların həlli yolları araşdırılacaq. Əldə edəcəyimiz nəticələr sözsüz ki, gələcək fəaliyyətimizə töhfələrini verəcək.
AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqı üzvlüyünə motivasiya dedikdə əmək kollektivlərində həmkarlar ittifaqı təşkilatının nüfuz və təsirini artıran, onun strukturlarını gücləndirən, həmkarlar ittifaqı sıralarının genişləndirilməsinə təsir göstərən kompleks tədbirlər, forma və iş metodları sistemi nəzərdə tutulur.
“Bu gün cəmiyyətin sosial tərkibi dəyişir. Əhalinin böyük əksəriyyətini xidmət sahəsində çalışanlar təşkil edir”, - deyən S.Möhbalıyev bildirib ki, məşğulluq ciddi problemə çevrilib. Üzvlüyün motivasiyasına təsir edən bu problem həmkarlar ittifaqı tərəfindən vaxtaşırı olaraq qabardılır.
AHİK sədri bildirib ki, Həmkarlar ittifaqına üzvlüyün motivasiyasını artırmaq üçün üzvlərimizin sağlamlığının, istirahətinin təşkili ilə əlaqədar üzərimizə mühüm vəzifələr düşür. Müraciət edən hər bir işçi güzəştli şərtlərlə yollayışlarla təmin edilməlidir. Sanatoriya, kurort və istirahət ocaqlarının illüstrasiyalı broşürləri idarə və təşkilatlara paylanmalı, güzəştli şərtlər izah olunmalı və gediləcək yerlər televiziya kanalları, kütləvi informasiya vasitələri ilə geniş reklam olunmalıdır. Ümid edirəm ki, belə təcrübə müsbət nəticə verəcəkdir.
Bilavasitə AHİK tərəfindən aparılmış müsbət işlərin nəticəsində Fövqəladə Hallar Nazirliyində, Dövlət Gömrük Komitəsində həmkarlar ittifaqı təşkilatları təsis edilmiş və bu gün uğurla fəaliyyət göstərirlər.
S.Möhbalıyev onu da bildirib ki, respublikamızda fəaliyyət göstərən bütün transmilli şirkətlərdə, birgə və özəl müəssisələrdə həmkarlar ittifaqının yaradılması Azərbaycan həmkarlar ittifaqlarının maraq dairəsindədir. Belə ki, son 10 il ərzində 204945 həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirən 1609 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb.
AHİK sədri deyib ki, respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir, əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətləndirilən genişmiqyaslı islahatlar həyata keçirilir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar, layiqli əmək şəraiti əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar açıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hökumətlə, işəgötürənlərlə konstruktiv dialoq qurmağa nail olub, sosial-əmək münasibətlərinin yeni sisteminin formalaşması işinə əhəmiyyətli töhfələr verib.
AHİK sədri Məclis üzvlərinə müraciət edərək deyib ki, həmkarlar ittifaqlarının müasir modeli həmkarlar ittifaqına şüurlu üzvlüyə arxalanmaq, həmkarlar ittifaqına üzvlüyün cəlbediciliyini yüksəltmək, həmkarlar ittifaqına gəncləri cəlb etmək kimi əsas xüsusiyyətlərə cavab verməklə yanaşı, həmkarlar ittifaqına üzvlüyün motivasiyasını da gücləndirir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial təminatın daha da yaxşılaşdırılması istiqamətində atdığı ciddi addımlarla bağlı AHİK-in II Məclisinin iştirakçılarının bəyanatı qəbul edilib.
AHİK-in sədri bəyanat haqqında çıxış edərək bildirib ki, son dövrlər respublikamızda insanların yaşayış səviyyəsinin, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində geniş miqyaslı işlər görülür. Aparılan siyasət və görülən tədbirlər sübut edir ki, hər bir vətəndaşın mənafeyi Azərbaycan dövlətinin siyasətinin başında durur. Ölkəmizin dinamik iqtisadi inkişafı, maliyyə resurslarımızın artması, dövlətimizin vətəndaş rifahına yönələn sosial siyasəti məsələlərin daha ardıcıllıqla həll edilməsinə, hökumətin sosial siyasətinin bu istiqamətdə davam etdirilməsinə imkan yaradır. Son 15 ildə maaşların 7, pensiyaların 9 dəfə artırılması deyilənlərin əyani sübutudur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ilin əvvəlində böyük həcmli sosial paket təsdiq edilib. Bu sosial paket çərçivəsində imzalanan qanunvericilik aktları 3 milyon nəfərə yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu.
Bu siyasət təkcə maaşların, pensiyaların, təqaüd və müavinətlərin artırılması ilə ifadə olunmur. Gündəmdə duran vacib məsələlərdən biri yeni iş yerlərinin yaradılmasıdır və bu proses də uğurla davam etdirilir. Son 15 ildə 2 milyon yeni iş yeri yaradılıb. Prezident İlham Əliyev iş yerlərinin yaradılmasının daimi proses olmasını prioritetlərdən biri kimi elan edib.
Əhalinin rifahına yönəldilən əməli tədbirlərdən biri də məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır.
Azərbaycan vətəndaşının sosial təminatının və rifahının yüksəlişinə təkan verən digər addım Prezident İlham Əliyevin cari ilin iyun ayında imzaladığı çoxsaylı sərəncamlardır. Bu sərəncamlar 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan insanların maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Belə ki, həmin sərəncamlardan birinə əsasən, minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb.
Sərəncamın bir müsbət cəhəti də qadınlarla kişilərin əməkhaqları arasında olan fərqin azaldılmasına xidmət etməsidir.
Yeni “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir.
Minimum əməkhaqqının artırılması ölkə iqtisadiyyatında çalışan insanların əməkhaqlarının yüksəldilməsinə və pensiya fonduna ödənişlərin çoxalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində əmək pensiyalarının əhəmiyyətli dərəcədə artması deməkdir. Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşacaq.
Bütövlükdə, Prezidentin sərəncamları ilə əməkhaqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət büdcəsinin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əməkhaqlarının artımı həm də ölkədə iqtisadi aktivliyi artıracaq.
Beləliklə, Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, Prezidentin dövlətin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür.
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər bu gün də davam etdirilir. Ölkə rəhbərinin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Bütün bu tədbirlər insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir.
“Mən milyon yarımlıq Azərbaycan həmkarlar ittifaqlarının üzvləri adından bu inqilabi dəyişikliklərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirir, bütün bu işlərdə daim onun yanında olacağımızı bəyan edirəm”, - deyə Səttar Möhbalıyev öz çıxışını yekunlaşdırıb.
II Məclisin yekununda AHİK sədrinin məruzəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzvlüyünə qəbul, Məclisinin və İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında qərarlar qəbul olunub.
II Məclisin iclasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə Mahmud Qaşqari adına Beynəlxalq Fondun mükafati və medalı təqdim edilib. AHİK sədri bu mükafata Mahmud Qaşqarinin 1000 illiyi ilə bağlı Türk Dünyasında mədəniyyətə, təhsilə, sənətə, ədəbiyyata göstərdiyi dəstəyə görə layiq görülüb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15

