“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20.07.2019 [09:23]
Bu layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək
Məlum olduğu kimi, Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər görülür, bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Öz növbəsində ölkədə aqrar sahənin inkişafına yönəlmiş siyasətin həyata keçirilməsinə birbaşa məsul qurum olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir ki, onlardan biri də icrasına yeni start verilən “Şəhərdən kəndə” aqroekoturizm layihəsidir.
Bu barədə Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən 22 iyul - Milli Mətbuat Günü münasibətilə Şəki rayonuna təşkil edilən mediatur zamanı KİV təmsilçilərinə sözügedən qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev məlumat verdi. Beləliklə, “Şəhərdən kəndə” layihəsi çərçivəsində baş tutan mediatur zamanı kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Şəkidəki Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) oldular.
Sözügedən layihə barədə jurnalistləri məlumatlandıran Mayis Musayev dedi ki, layihəyə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən start verilib.

Kəndlərin hərtərəfli inkişafı istiqamətində daha bir addım
“Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən həyata keçirilən layihəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyi də dəstək verir” deyən Mayis Musayevin sözlərinə görə, layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılmasına, yeni xidmət sahələrinin açılmasına və alternativ satış imkanlarının yaradılmasına, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, həmçinin onların ailə bizneslərinə dəstək olmaqdır. O da qeyd edildi ki, layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi 40-dan artıq xidmət növü üzrə fəaliyyət göstərir
KİV təmsilçiləri qarşısında çıxış edən Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Mehman Yusifov isə təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, qurum öz fəaliyyətini əsasən fermerlərlə sıx əlaqədə işləmək, onlara texniki və maarifləndirici xarakterli yardımlar göstərmək, eyni zamanda, onlar üçün təlimlər təşkil etmək istiqamətində qurub.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi olaraq Dövlət Turizm Agentliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsi ilə yaxından əməkdaşlıq etdiklərini də deyən Mehman Yusifov əlavə etdi ki, Şəki DAİM fəaliyyət göstərdiyi qısa müddət ərzində çoxsaylı təlimlər, maarifləndirici xarakter daşıyan tədbirlər keçirib: “Eyni zamanda, mexanizatorlar üçün də Şəki DAİM müntəzəm olaraq təlimlər təşkil edir və onlara sürücülük vəsiqələri verir. Ümumiyyətlə, Şəki Azərbaycanın böyük kənd təsərrüfatı rayonlarından biridir. Şəki DAİM Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumlarla sıx əlaqədə işləyir. Qurumun əsas iş prinsiplərindən biri fermerlərlə yaxın əlaqənin qurulmasıdır. Biz hər ay kəndlərdə fermerlərlə görüşlər keçiririk. Hər bir fermerin elektron qaydada qeydiyyatı aparılır. Nazirlik və başqa qurumlar tərəfindən ayda 2-3 dəfədən az olmayaraq əkinçilik, heyvandarlıq və s. sahələrlə bağlı təlimlər təşkil edilir. DAİM tərəfindən fermerlərin maarifləndirmə sərgilərinin təşkili də həyata keçirilir. Ümumilikdə DAİM 40-dan artıq xidmət növü üzrə fəaliyyət göstərir. Bütün xidmətlər həm xidmət göstərmək, həm də məlumat vermək xarakteri daşıyır”.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi barədə də danışan Mehman Yusifov bildirdi ki, Şəkidə də bu proses uğurla həyata keçirilir və bu günə qədər 10000 nəfər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən qeydiyyatdan keçib.

Dünyada əhalinin sağlam qidalanması bu gün üçün ən aktual məsələlərdən biridir
Sonra KİV təmsilçiləri üçün “Aqrar sektorda müasir trendlər” mövzusunda seminar keçirildi.
Seminardakı çıxışını əsasən qidalanma, xüsusilə də sağlam şəkildə qidalanma üzərində quran kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli dedi ki, dünyada əhalinin sağlam qidalanması bu gün üçün ən aktual məsələlərdən biridir. Onun sözlərinə görə, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu məsələ diqqət mərkəzindədir. Belə ki, ötən müddət ərzində ölkəmizdə qeyd edilən istiqamətdə çox ciddi işlər görülüb. İnsanların ən çox qida məhsullarından istifadə etdiyini deyən Nicat Nəsirli bildirdi ki, bütün dünyada aylıq gəlirlərin 70 faizi qidaya sərf edilir.
Ekspert onu da qeyd etdi ki, insan 70 il yaşasa, o halda 50 ton qida sərf etmiş olar: “İnsanın ən çox istifadə etdiyi qida məhsulu un və un məmulatlarıdır ki, bu da il ərzində bir nəfər tərəfindən 134 kiloqram unun sərf edilməsi deməkdir”.
50-yə yaxın orqanik meyvə çeşidi yetişdirilən “Bio Garden”
Daha sonra media nümayəndələri Şəkidəki “Bio Garden” bağçılıq təsərrüfatında yaradılan şəraitlə tanış oldular. Təsərrüfatın rəhbəri Etibar Nuriyev KİV təmsilçilərinə məlumat verdi ki, 8 hektar ərazidə yerləşən təsərrüfatda yetişdirilən bütün məhsullar tam orqanikdir və onlara heç bir kimyəvi maddə, yaxud bir başqa qatqı vurulmur: “Bu bağı yaratmazdan öncə dünyanın bir çox ölkələrini gəzib, bəzi biliklər topladım. Uzun illər bu layihə üzərində işlədik və bu ildən etibarən turistlərin ixtiyarına verdik. Təsərrüfatımızda 50-yə yaxın meyvə çeşidi yetişdirilir. Burada həmçinin hər meyvənin müxtəlif sortları da mövcuddur. Onu da deyim ki, bu qədər meyvə çeşidi olan təsərrüfat MDB-də ilkdir. Təsərrüfatın illik xərci isə 30 min manat təşkil edir”.
“Bağımızda spirtli içkilərdən istifadəyə qadağa qoyulub. İstəyirik ki, bu bağda hər kəs sağlam qidalansın” deyən Etibar Nuriyev bildirdi ki, təsərrüfat həm yerli turistlər, həm də xarici qonaqlar üçün açıqdır: “Təsərrüfata giriş qiyməti yerli turistlər üçün 5 manat, xarici turistlər üçün isə 8 manat təşkil edir. Təsərrüfatımızda olan qonaqlar buradan istədikləri qədər meyvə dərib yeyə bilərlər. Təbii ki, yemək və şirniyyat süfrəsi ödənişlidir”.
Etibar Nuriyev media nümayəndələrinə verdiyi açıqlamada həmçinin əldə edilən bütün bu uğurlara görə dövlətə, Prezident İlham Əliyevə təşəkkürünü bildirdi: “Dövlətin, şəxsən Prezident İlham Əliyevin fermerlərə olan diqqət və qayğısı bizi daha məhsuldar işləməyə vadar edir”.
Etibar Nuriyev: “Şəhərdən kəndə” layihəsi aqroekoturizmə çox böyük fayda verəcək
E.Nuriyev KİV təmsilçiləri ilə söhbət zamanı həmçinin “Şəhərdən kəndə” layihəsinin əhəmiyyətini xüsusi vurğuladı: “Uzun illərdir bu təsərrüfatda işləyirəm. “Şəhərdən kəndə” layihəsi barədə eşitdikdə, doğrusu, çox sevindim və bu layihəyə qoşulmağa qərar verdim. Özüm dünyanın bir çox ölkəsində olmuşam və aqroekoturizmlə bağlı xeyli məlumatım var. Onu deyə bilərəm ki, müxtəlif təsərrüfat sahibləri bu layihəyə qoşulmaqla əlavə gəlir əldə edə və təsərrüfatlarını inkişaf etdirə bilərlər. “Şəhərdən kəndə” layihəsinin aqroekoturizmə çox böyük fayda verəcəyini düşünürəm. Onu da bildirim ki, gələcəkdə bura daha çox turistin gəlməsi üçün təsərrüfatımızı daha da böyütməyi və inkişaf etdirməyi planlaşdırırıq”.
Beləlikə, mediatur yekunlaşır və biz geriyə qayıdırıq. Bu mediatur zamanı əldə etdiyimiz məlumatlardan gəldiyimiz qənaət isə bu olur ki, aqrar sektorun inkişaf etdirilməsi, fermerlərlə səmərəli işin qurulması məqsədilə bir sıra yaddaqalan layihələrə imza atan Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi və ölkəmizdə aqroekoturizmin inkişafına hesablanmış “Şəhərdən kəndə” layihəsi də uğurlu olacaq.
Nadir AZƏRİ
Bakı-Şəki-Bakı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39

