/ / Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Milli mətbuat - milli düşüncə” mövzusunda konfrans keçirilib
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Milli mətbuat - milli düşüncə” mövzusunda konfrans keçirilib
25.07.2019 [09:25]
İyulun 24-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş “Milli mətbuat - milli düşüncə” adlı konfrans keçirilib. Konfransda çıxış edən Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov ölkəmizdə fəaliyyət göstərən mətbuat nümayəndələrini peşə bayramı münasibəti ilə təbrik edib. R.Qurbanov bildirib ki, milli və mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mətbuatımızın rolu danılmazdır. İcraçı direktorun müavini R.Qurbanov qeyd edib ki, “Əkinçi”dən başlayan söz və ifadə azadlığı bizə “Füyuzat”la dəyərlərimizə hörməti, “Molla Nəsrəddin”lə sağlam tənqidi öyrətdi. Bu mənada milli mətbuatın yaranması milli kimliyimizin formalaşmasında xüsusi rola malikdir. O bildirib ki, söz və ifadə azadlığının tərənnümü olan mətbuat bu gün fundamental dəyərlərin təbliğində yaxından iştirak etməlidir. Bu sahədə dövlətin həyata keçirdiyi siyasətə toxunan R.Qurbanov diqqətə çatdırıb ki, dini, irqi ayrı-seçkiliyi təbliğ edən, nifrəti aşılayan məzmunların qanun çərçivəsində qadağan olunması tarixən çulğalaşan dəyərlərimizin qorunmasına və geniş təbliğinə yönəlib.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. O qeyd edib ki, Prezident İlham Əliyev Özünün “Tvitter” səhifəsində 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edərək mətbuatımızı Azərbaycanın dünyada səsi kimi qiymətləndirdi. Eyni zamanda, Milli Mətbuat Günü münasibətilə dövlət başçısının Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat vəsait ayırması jurnalistlərin əməyinin yüksək qiymətləndirilməsinin sübutudur.
Qeyd olunub ki, bu gün mətbuata dövlət tərəfindən xüsusi diqqət və qayğının göstərilməsi, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental amillər kimi dəyərləndirilməlidir.
Hikmət Babaoğlu milli düşüncənin formalaşmasında mətbuatın mühüm rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, xalqımızın tarixən yetişdirdiyi mütəfəkkirlər, fikir adamları milli düşüncəmizin formalaşmasında və inkişafında, eləcə də milli dəyərlərimizin qorunmasında əvəzolunmaz xidmətlər göstəriblər: “Onların düşüncələri bu gün də yaşayır və bizim mənəvi dünyamızı, dəyərlərimizi zənginləşdirir. Biz həm də həmin insanları xalqımızın dəyərləri kimi qəbul edirik”.
Baş redaktor qeyd edib ki, mətbuat universal vasitədir. Mətbuatın təkcə milli dəyərlərimizin təbliğ olunmasında deyil, milli kimliyin, milli düşüncənin formalaşmasında, milli identifikasiyanın təmin olunmasında çox böyük rolu var: “Dəyərlər olmasa, xalqın milli kimliyindən söhbət gedə bilməz. Dəyərlər dedikdə, bu, milli musiqimizdir, milli adət-ənənələrimizdir, milli ədəbiyyatımız, poeziyamız, dastanlarımızdır və s. Bunların hamısı bizim ortaq azərbaycanlı sosial kimliyimizi təyin edən komponentlərdir. Bu dəyərlər ən kütləvi şəkildə mətbuatımız vasitəsilə təbliğ olunur. Mətbuat bu missiyanı nə qədər düzgün yerinə yetirə bilirsə, millət də bir o qədər güclü və milli düşüncə daha zəngin olur”.
Baş redaktor deyib ki, milli-mənəvi dəyərlərimizin bundan sonra da qorunması üçün mətbuatımızın üzərinə böyük vəzifələr düşür.
Çıxış edən “Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev bildirib ki, milli mətbuatımızın “Əkinçi”dən bu günə qədər keçdiyi yol keşməkeşli və şərəflidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanda müstəqil mətbuatın inkişafından bəhs edərkən ilk olaraq Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi qeyd edilir. Təbii ki, senzuranın mövcudluğu şəraitində mətbuatın müstəqilliyindən danışmaq qeyri-mümkün idi. Bu qətiyyətli addım yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə diqqətə çatdırıb ki, 1990-cı illərin əvvəllərində yeni qəzetlərin nəşri prosesi ilə jurnalistikada keçid mərhələsi başladı. Onun sözlərinə görə, müstəqillik ideyalarını təbliğ edən, milli oyanış, özünüdərk prosesinin əsas faktoru olan Azərbaycan mediası bu vaxtdan etibarən yeni inkişaf mərhələsinə qədəm qoydu. Hazırda milli dəyərlərə qarşı xaricdən təhdidlərin olduğunu deyən E.Mirzəbəyli qeyd edib ki, müəyyən beynəlxalq güclərin məqsədi milli dəyərləri, milli düşüncəni sıradan çıxarmaqdır. Onun sözlərinə görə, hər bir xalq öz milli kimliyini qorumaq üçün dəyərlərinə sahib çıxmalıdır. Bu baxımdan, Azərbaycan mətbuatı da milli-mənəvi dəyərlərimizi hər zaman təbliğ etməli, onu qorumalıdır.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən media nümayəndələri arasında elan olunmuş “Milli mətbuat - milli düşüncə” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

