Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir

Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir

16.08.2019 [09:32]

Ekspertlərin fikrincə, polis orqanları ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında öz xidməti borcunu böyük əzmlə və peşəkarlıqla yerinə yetirir
Ölkəmizin suverenliyinin qorunması, xalqımızın təhlükəsizliyinin təminatı Azərbaycan dövlətinin əsas prioritetidir. Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də məhz möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə mövcud olan etibarlı sabitlik, təhlükəsizlik mühiti yüksək qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında öz xidməti borcunu böyük əzmlə və peşəkarlıqla yerinə yetirir. Təəssüflər olsun ki, ölkəmizdəki sabitliyi gözü götürməyən bəzi qüvvələr, eləcə də radikal müxalifət düşərgəsi və xaricdəki antimilli qüvvələrin əlaltısı qismində çıxış edənlər Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, yalan mülahizələrə əsaslanan məlumatlar yayır, ölkəmizdəki sabitliyə xələl gətirməyə çalışırlar. Təbii ki, bu cür cəhdlər Azərbaycan polisinə, bütövlükdə isə dövlətimizə qarşı “qara piar” kampaniyasının tərkib hissəsidir və hər zaman fiaskoya məhkumdur.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü Azər Badamov bildirib ki, polis orqanları öz xidməti borcunu layiqli şəkildə və yüksək peşəkarlıqla yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insanların qanuna uyğun davranışını təmin edir. Bunun nəticəsidir ki, ölkəmizdə son dövrlərdə kriminogen durum olduqca yaxşılaşıb. Millət vəkili qeyd edib ki, bu ilin ilk yarısının statistik göstəriciləri də bunu təsdiqləyir. Təsadüfi deyil ki, respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub. Cari ilin altı ayında isə daxili işlər və prokurorluq orqanları üzrə 12 min 411 cinayət faktı qeydə alınıb. Bu cinayətlərin 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növləri təşkil edir: “Azərbaycan polisinin ötən dövrdə olduğu kimi, 2019-cu ilin altı ayında da cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması - ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunları olduqca müsbətdir. Bu, bir daha ölkəmizdə qanunun aliliyinin təmin olunduğunu, sabitliyin qorunduğunu sübut edir. Qeyd edək ki, bəzi məqamlarda ölkəmizə qarşı məkrli planlar hazırlayan, şər kampaniyaları həyata keçirən anti-Azərbaycan dairələr və onların sifarişlərini yerinə yetirənlər asayiş keşikçilərini də hədəfə almaqdan çəkinmirlər. Amma onların bu iddiaları sabun köpüyü effekti verir və cəmiyyət tərəfindən ikrahla qarşılanır. Polisimizin öz vəzifəsini vicdanla və peşəkar şəkildə yerinə yetirməsi Azərbaycanda sabitliyin əsas təminatlarındandır”.
Milli Məclisin üzvü Sevinc Hüseynova da Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında, qanunun aliliyinin təmin olunmasında polis orqanlarının üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün qlobal kataklizmlərin cövlan etdiyi dünyamızda sabitliyin qorunması olduqca vacib və çətin məsələlərdəndir. Millət vəkili qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları birmənalı şəkildə ölkəmizdə baş verə biləcək hər hansı bir təhlükənin qarşısını vaxtında və peşəkar şəkildə alır. Bunun nəticəsidir ki, olduqca vacib və həssas bir regionda yerləşən Azərbaycan dünyaya sabitlik və tolerantlıq nümunəsi təqdim edir: “Ən əsası isə, polis orqanlarının fəaliyyəti ildən-ilə təkmilləşdirilir, onların fəaliyyətində səmərəliliyin artırılması yönündə işlər aparılır. Təsadüfi deyil ki, artıq uzun müddətdir daxili işlər orqanlarında peşəkarlığın artırılması və gənc kadrların hazırlığı istiqamətində də ardıcıl tədbirlər reallaşdırılır. Xüsusilə də, BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların, həmçinin xarici ölkələrin təşkil etdiyi forum, müşavirə və treninqlərdə polis əməkdaşları iştirak edir, təcrübə mübadiləsi aparırlar. Ölkəmizdə bununla bağlı zaman-zaman beynəlxalq konfranslar təşkil edilir və bu da polisin fəaliyyətinin daha da effektivliyini təmin edir. Ən əsası isə, bu gün ictimai asayişi, vətəndaşların təhlükəsizliyini lazımi səviyyədə qoruyan, insanların qanuna uyğun davranışını təmin edən polis orqanlarının fəaliyyəti ən yüksək qiymətə layiqdir”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31