/ / Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
21.08.2019 [09:40]
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 20-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanları ilə BQXK arasında əməkdaşlığın razılaşdırılmış Tədbirlər Planı və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş Sazişə əsaslandığını xatırladaraq mövcud əlaqələrin inkişafını yüksək qiymətləndirib. Nazir qeyd edib ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, ona riayət olunması ölkəmizdə və o cümlədən DİN-də aparılan davamlı islahatların prioritet istiqamətlərindən olmaqla, bu sahədə bir sıra əməli tədbirlər həyata keçirilib. Belə ki, qəbul olunmuş yeni normativ sənədlərdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, hüquqi yardımdan istifadə edilməsi, şikayət və təkliflərin yuxarı instansiyalara verilməsi, habelə hüquq-müdafiə təşkilatlarının nümayəndələri və müstəqil ekspertlərlə maneəsiz görüşmək qaydaları və imkanları əksini tapıb. Eyni zamanda, saxlama yerlərinin fəaliyyətinin beynəlxalq normalara uyğun təkmilləşdirilməsi, saxlanılan şəxslərin hüquqlarının qorunması, onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilib. DİN-in orqan və hissələrində fəaliyyət göstərən müvəqqəti saxlama təcridxanalarının demək olar ki, hamısında mövcud təlimatın tələblərinə və müasir standartlara uyğun əsaslı təmir işləri aparılıb, hamısı videonəzarət və təhlükəsizlik avadanlığı ilə təmin olunub.
General-polkovnik Vilayət Eyvazov deyib ki, BQXK-nın ölkəmizdəki nümayəndəliyinin xətti ilə 2003-cü ildən etibarən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları üçün müxtəlif mövzularda seminar və təlimlər keçirilib. Bu təlimlərdə 700-dən artıq əməkdaş iştirak edib. Korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, o cümlədən məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi məqsədilə DİN tərəfindən vətəndaşlara 28 istiqamət üzrə elektron xidmət göstərilir.
Ətraflı məlumata görə nazir V.Eyvazova minnətdarlığını bildirən xanım Elena Aymone Sessera rəhbərlik etdiyi qurumun azadlıqdan məhrumetmə yerlərində apardığı işlər, keçirilən təlim kursları, eləcə də ölkəmizdə görəcəyi işlər barədə məlumat verib. O, Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10

