Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
24.08.2019 [09:25]
Avqustun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, ərazisi işğal olunmuş rayonların nümayəndələri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal olunmuş rayonlardakı şöbələrinin rəhbərləri, Füzuli və Cəbrayıl rayonlarından olan məcburi köçkünlər iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistanın işğalı altına düşməsinin səbəb və nəticələrindən danışarkən bildirib ki, dövlət müstəqilliyinin bərpasının ilk illərində respublikamızda ordu quruculuğunun ləngidilməsi, vahid komandanlığın formalaşdırılmaması, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqımızı ağır bəlalara düçar edib. Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına Ermənistan öz işğalçılıq planlarını həyata keçirib. 1993-cü il avqustun 23-də Cəbrayılı və Füzulini ələ keçirən ermənilər, işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin salıblar. BMT Təhlükəsizlik Şurası işğal edilən Füzuli, Cəbrayıl, Qubadlı və digər rayonlardan erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etsə də bu qətnamə də digərləri kimi hələ də icra olunmur.
Diqqətə çatdırılıb ki, Azərbaycanın son dərəcə ağır və böhranlı günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə görkəmli ziyalılarımız xalqımızın müdrik oğlu, Ümummilli Lider Heydər Əliyevə müraciət ediblər. Məhz Ulu Öndərin Ali Baş Komandanlığı ilə 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunub. Bundan dərhal sonra rayonun işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Bu gün rayon əhalisinin 70 min nəfəri işğaldan azad olunmuş doğma torpaqlarında yaşayır. Bu əhali 22 yaşayış məntəqəsində və yeni salınmış 19 qəsəbədə məskunlaşıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağda qoşunların təmas xəttində Ermənistanın hərbi təxribatlarının qarşısının qətiyyətlə alınması barədə əmrini yerinə yetirən Ordumuzun qəhrəman əsgər və zabitləri 2016-cı ilin aprelində işğalçı qüvvələri Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyindən və ətraf ərazilərdən geri çəkilməyə məcbur ediblər. Nəticədə dinc əhalinin Cocuq Mərcanlı kəndinə qayıdıb öz yurd yerlərində yaşamasına şərait yaranıb və çox qısa bir vaxtda həmin kənd bərpa edilib, müxtəlif bölgələrdə məcburi köçkün kimi müvəqqəti məskunlaşmış sakinlərin buraya köçürülməsinə başlanılıb. Füzuli rayonunun bir hissəsi işğal altında olsa da, Prezident İlham Əliyevin tapşırığı ilə nəzarətimizdə olan ərazilərdə quruculuq, abadlıq işləri aparılır. Həyata keçirilən işlər nəticəsində məcburi köçkünlərin də mənzil-məişət şəraiti yaxşılaşdırılır, onların maddi rifah halının yüksəldilməsi üçün imkanlar yaradılır. Son illər ərzində məcburi köçkünlər üçün qəsəbələr tikilib və bu istiqamətdə işlər davam etdirilir.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı şöbələrinin rəhbərləri, Füzuli və Cəbrayıl rayonundan olan ziyalılar və keçmiş döyüşçülər çıxış ediblər. Bütün çıxışlarda inam ifadə edilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü qətiyyətli siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

