Horadizdə yeni su təchizatı sistemləri yaradılır
30.08.2019 [09:16]
Respublikamızın daha bir şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Horadiz şəhərində icra olunan layihə çərçivəsində şəhərdə yeni su təchizatı sistemləri yaradılır.
Füzulu rayonunun Horadiz qəsəbəsində sovet dövründə mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olsa da 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalından sonra qəsəbədəki yaşayış evləri və kommunal infrastruktur, o cümlədən su təchizatı sistemləri dağıdılıb. 1994-cü ilin yanvarında aparılan uğurlu əməliyyat nəticəsində işğaldan azad olunan Horadiz qəsəbəsinə 2007-ci ildə şəhər statusu verilib. Ötən müddətdə su təchizatı sistemlərinin bir hissəsi bərpa olunub və şəhərin mərkəzi hissəsində kanalizasiya şəbəkəsi yaradılıb. Son illər Horadiz şəhərinin inkişafı və böyüməsi, həmçinin mövcud infrastrukturun köhnəlməsi əhaliyə keyfiyyətli xidmət göstərilməsinə imkan vermirdi.
Prezident İlham Əliyevin Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncamına əsasən, 2019-cu ilin mayında Horadiz şəhərində yeni layihənin icrasına başlanılıb. Layihəyə əsasən, ilkin mərhələdə Horadiz şəhərinin mərkəzi hissəsinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə 3 subartezian quyusu qazılması nəzərdə tutulub. Hazırda quyuların qazılması ilə paralel olaraq 100 kubmetr həcmində sutoplayıcı anbarın və nasos stansiyasının tikintisi davam etdirilir. Su mənbəyindən Horadiz şəhərinə qədər 2,6 kilometr uzunluğunda magistral su xəttinin tikintisi yekunlaşıb. Şəhərin dayanıqlı su təchizatının aparılması məqsədilə ümumi tutumu 3000 kubmetr olan 2 ədəd su anbarı inşa olunacaq. Hazırda həcmi 1500 kubmetr olan birinci anbarın tikintisi davam etdirilir.
Tikinti işlərinə başlanılan qısa müddət ərzində inşası nəzərdə tutulan 20 kilometr su şəbəkəsinin 16 kilometrlik hissəsi inşa edilib, 1500 ünvandan 1000-ə qədəri yeni şəbəkəyə qoşulub. Yaxın vaxtlarda içməli su şəbəkəsinin inşası başa çatacaq və layihənin birinci mərhələsində 6 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.
Növbəti mərhələdə görüləcək işlər bütün Horadiz şəhərini əhatə edəcək. Bu məqsədlə 3 yeni subartezian quyusunun qazılması, şəhərdaxili su şəbəkəsinin 70 kilometrədək genişləndirilməsi, ev birləşmələrinin sayının 3500-ə çatdırılması nəzərdə tutulur. Bu layihə çərçivəsində gələcəkdə rayonun Mollaməhərrəmli və Arayatlı kəndlərinə də içməli suyun verilməsi planlaşdırılır. Ümumilikdə bu layihədən rayonun 15 min sakini faydalanacaq. İlkin qiymətləndirmələrə görə Horadiz şəhərində 48 kilometr tullantı su şəbəkəsinin, 2 kilometr kollektorun tikintisi və 2500 ünvanın kanalizasiya şəbəkəsinə qoşulması planlaşdırılır. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi layihələndirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30

