/ / Azərbaycanın Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin Mərmərə Qrup Fondu arasında əməkdaşlıq protokolu imzalanıb
Azərbaycanın Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin Mərmərə Qrup Fondu arasında əməkdaşlıq protokolu imzalanıb
30.08.2019 [09:18]
Avqustun 29-da Azərbaycanın Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin Mərmərə Qrup Fondu arasında əməkdaşlıq protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc və Mərmərə Qrup Fondunun sədri Akkan Suver imzalayıblar.
Görüşdə Zahid Oruc rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib. O qeyd edib ki, yeni yaradılan mərkəz bu gün Türkiyənin, Rusiyanın, İsrailin, ABŞ-ın və Böyük Britaniyanın bir sıra mərkəzləri ilə əməkdaşlıq edir. Qardaş ölkələr olan Türkiyə və Azərbaycanın bir çox sahələrdə birgə uğurlu fəaliyyət göstərdiyini deyən Sosial Tədqiqatlar Mərkəzinin sədri bildirib ki, Mərmərə Qrup Fondu və bu kimi siyasi fikir mərkəzləri Azərbaycandakı müvafiq qurumlarla təcrübə mübadiləsi aparır.
Mərmərə Qrup Fondunun sədri Akkan Suver bildirib ki, Türkiyə və Azərbaycan son on illiklər ərzində region və dünya üçün vacib olan layihələr reallaşdırıb. Hər iki ölkə regionda mühüm gücə çevrilir. O vurğulayıb ki, Azərbaycan bütövlükdə Qafqaz bölgəsində sabitliyin qorunmasında həlledici təsirə malikdir.
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasının mühüm hadisə olduğunu bildirib. O deyib ki, istər Türkiyənin, istərsə də Azərbaycanın müvafiq qurumları dünyanın müxtəlif siyasi institutları və universitetlərində fəaliyyətlərini gücləndirməlidirlər.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan-Türkiyə diplomatik münasibətlərindən danışıb. Diplomat qeyd edib ki, hər iki ölkə bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Hər iki qardaş ölkə daim bir-birini dəstəkləyir.
Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin sədri Nizami Cəfərov deyib ki, xalqlarımızın eyni kökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Bu gün türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan-Türkiyənin münasibətlərinin inkişafından keçir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər imzalanan protokolun uğurlu olacağına əminliklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

