Tovuz məktəbinin qürurlu anı...
31.08.2019 [09:43]
Tovuz rayonu Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbinin 11 A sinfinin 23 şagirdinin hamısı tələbə adını qazanıb
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Tovuz rayonu Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbinin məzunları bu il rekord göstərici qazanıblar. Belə ki, məktəbin 11 A sinfinin 23 şagirdinin hamısı tələbə adını qazanıblar.
Təbii ki, regionlarımızda yerləşən məktəblərin belə bir uğura imza atması sevindirici olmaqla yanaşı, həm də həmin təhsil müəssisələrində tədrisin keyfiyyətli təşkilinin göstəricisidir. Elə F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbin şagirdlərinin qazandığı uğur da bu amillə sıx bağlıdır. Məktəbin direktoru Ceyran Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, hazırda məktəbdə 408 şagird təhsil alır, 75 müəllim fəaliyyət göstərir. Təhsil ocağı qabaqcıl məktəblər sırasına daxil olub.
Direktorun sözlərinə görə, məktəb istər rayon, istərsə də respublika səviyyəsində müsbət göstəriciləri ilə seçilir: “Məktəbimiz hər zaman öz nizam-intizamı, şagirdlərin dərsə davamiyyəti və ən əsası, təhsilin keyfiyyətinə görə öndə olub. Bu mənada, məktəbimizin yetirmələrinin yüksək nəticələr əldə etmələri təsadüfi deyil. Hər il şagirdlərimizin bir neçəsi yuxarı bal toplayıb. Builki göstərici isə daha yüksəkdir”.
C.Məmmədova adıçəkilən sinifdə 23 şagirdin təhsil aldığını və sinif üzrə ümumi bilik səviyyəsinin çox yüksək olduğunu dilə gətirib: “Şagirdlərimizin yüksək nəticələr əldə edəcəyinə şübhəmiz yox idi. Müəllimlərimizin, valideynlərin tələbkarlığı və övladlarının təhsilinə göstərdikləri diqqət bu uğurun qazanılmasında böyük rol oynayıb”.
Sonda direktor tələbə adını qazanan gəncləri təbrik edərək, onlara təhsildə və gələcək həyatda uğurlar diləyib, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib.
11 A sinfinin sinif rəhbəri və kimya müəllimi Namilə Babayeva da bu nəticəni gözlədiklərini diqqətə çatdırıb. Bildirib ki, texniki və təbiət təmayüllü sinifdə 27 şagird təhsil alıb. Şagirdlərin hamısı tələbə adını qazanaraq respublikanın nüfuzlu ali təhsil müəssisələrinə daxil olub. Onun sözlərinə görə, bu, illərlə çəkilən zəhmətin nəticəsidir: “İstər valideynlər, istər məktəb rəhbərliyi, istərsə də müəllim kollektivi şagirdlərin keyfiyyətli təhsil almaları üçün bütün güclərini səfərbər edirlər. Ümumiyyətlə, bizim məktəbimiz həm təhsil səviyyəsinə, həm də nizam-intizamına görə müsbət mənada dəyərləndirilir, seçilir. Çox sevinirik ki, nəticə də gözəl oldu. Şagirdlərimizin hər biri ümidləri doğrultdu”.
Yeri gəlmişkən, yüksək bal toplayan abituriyentlərin də fikirlərini öyrəndik.
Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 644 bal toplamış Toğru Nəsirli ADA Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olub. Həmsöhbətimiz ümidləri doğrultduğu üçün özünü çox xoşbəxt hiss etdiyini, belə bir nəticəyə yalnız zəhmət nəticəsində nail olunduğunu deyir: “İmtahanlarda yüksək nəticələr qazanmaq istəyən abituriyentlərə müntəzəm çalışmağı məsləhət görürəm. Müəllimlərin tapşırıqlarını dəqiq yerinə yetirmək, yüksək bal toplamağa can atmaq lazımdır. Ən əsası isə, məktəb illərində yaxşı oxuyaraq təməli möhkəm qoymaq lazımdır ki, sonrakı hazırlıq dövrü daha asan olsun. Gələcəyin mühəndisi olmaq və insanlara layiqli xidmət etmək istəyirəm. Bir sözlə, bu göstərici mənim üçün, sadəcə, uğurun başlanğıcıdır”.
Həmsöhbətimiz onu da bildirdi ki, dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artmaqdadır.
Həmin qaliblər siyahısına adını yazdıranlardan biri də Minə Babaşzadədir. 607 bal toplayan Minə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Minə sinfinin uğurunu bizimlə belə bölüşüb: “Sinfimizin bütün şagirdləri çalışqan olub. Uşaqlıqdan arzum həkim olmaq idi. Bu sahə üzrə biliklərimi uğurla tətbiq edərək həyatda öz yerini tapmış və təsdiqləmiş bir həkim olmaq istərdim. Növbəti il imtahan həyəcanını yaşayacaq abituriyentlərə demək istərdim ki, sistemli və davamlı olaraq çalışsınlar, yuxu rejimini isə pozmasınlar. Ən əsası isə, özlərinə inansınlar. Əslində, xırda nüans kimi görünsə də, imtahan zamanı düzgün vaxt bölgüsü çox önəmli faktordur. Bundan sonra da böyük hədəflərim var”.
Qeyd edək ki, bu il Tovuzda ümumilikdə 1493 nəfər şagird orta məktəbi bitirib. Onlaradan 856 nəfəri DİM-in təşkil etdiyi imtahanlatrda iştirak üçün sənəd verib. Qəbul olanların sayı isə 606 nəfərdir. Onlardan 19 nəfəri 600-dən, 98 nəfəri isə 500-dən yuxarı bal toplayıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10

