Bakı Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı başa çatıb
04.09.2019 [09:16]
2019-2020-ci tədris ilində Bakı Dövlət Universitetinə (BDU) qəbul olan tələbələrin qeydiyyatı başa çatıb. Respublikada ayrı-ayrı ixtisaslar üzrə əmək bazarının səriştəli kadr potensialına olan tələbatı nəzərə alınaraq son illər BDU-nun qəbul planı və qəbul olunan tələbələrin sayı ildən-ilə artır.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, 2019-2020-ci tədris ilində də ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən çox tələbə qəbulu bu ali məktəbin payına düşür. Belə ki, Qazax filialı da daxil olmaqla ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayı 6 min 462 nəfər təşkil edib. Onlardan 5 min 127 nəfər 66 ixtisas üzrə bakalavriat səviyyəsinə, 550 nəfər Qazax filialına, 785 nəfər isə 44 ixtisas və 231 ixtisaslaşma üzrə magistratura səviyyəsinə qəbul olunub. Bakalavriat səviyyəsi üzrə qəbul planı 91 faiz, o cümlədən Qazax filialı üzrə 81 faiz, magistratura səviyyəsi üzrə isə 81 faiz dolub. Bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 107 nəfəri subbakalavrdır.
Qeyd edək ki, builki qəbulda dövlət sifarişi əsasında təhsil alacaq tələbələrin sayında da əhəmiyyətli artım nəzərə çarpır. Belə ki, BDU üzrə bakalavriat səviyyəsinə qəbul olan tələbələrin 59,3 faizi dövlət sifarişli, 40,7 faizi ödənişli əsaslarla təhsil alacaq. Magistratura səviyyəsinə qəbul olan tələbələrin 65 faizə qədəri dövlət sifarişi əsasında təhsil alacaq. Bakalavriat və magistratura səviyyələri üzrə güzəştli kateqoriyaya düşən tələbələrin sayı isə 503 nəfərdir. Təhsil Nazirliyinin tövsiyəsini nəzərə alaraq, bu il aztəminatlı ailələrdən olan və ödənişli əsaslarla qəbul olan 252 nəfər tələbəyə ilkin olaraq illik təhsil haqqının 50 faizini ödəyərək qeydiyyatdan keçmək üçün imkan yaradılıb.
Cari tədris ilində daha çox bal toplayan abituriyentlər arasında ali təhsil müəssisəsi kimi BDU-nu seçənlərin sayı da kifayət qədər yüksək olub. Qəbul imtahanı verən abituriyentlərdən 500-dən çox bal toplayan 1563 nəfəri, o cümlədən 600 və daha yuxarı bal toplayan 318 nəfəri, 500-600 arası bal toplayan 1245 nəfəri Bakı Dövlət Universitetini seçib. 9 nəfər tələbə müsabiqədənkənar qəbul olub. 600 və daha yüksək bal toplayan tələbələr əsasən riyaziyyat müəllimliyi, hüquqşünaslıq, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dövlət və ictimai münasibətlər, kompüter elmləri, tarix müəllimliyi, coğrafiya müəllimliyi, politologiya və s. ixtisasları seçiblər.
Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetində hazırda təhsil alan tələbələrin ümumi sayı 23 mindən çoxdur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 15:08
YAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01

