/ / Şamaxıda baş vermiş zəlzələnin fəsadları dövlətimizin başçısının Sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılır
Şamaxıda baş vermiş zəlzələnin fəsadları dövlətimizin başçısının Sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılır
06.09.2019 [08:58]
Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı jurnalistlərin Şamaxıya mediaturu təşkil edilib
Fövqəladə Hallar Nazirliyi bu il fevralın 5-6-da Şamaxıda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı sentyabrın 5-də jurnalistlər üçün bu rayona mediatur təşkil edib.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, jurnalistlər tikintisi başa çatan, hazırda tikilən və inşasına yeni başlanan fərdi və ictimai yaşayış binalarında olublar.
Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsi üzrə nümayəndəsi Həsən Qasımzadə mövcud vəziyyətlə bağlı media nümayəndələrinə məlumat verib.
Bildirilib ki, təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin Şamaxıya gəlişi, mövcud vəziyyətlə yerindəcə tanış olması, sakinlərə dəyən zərərin qısa müddətdə aradan qaldırılması ilə bağlı verdiyi konkret tapşırıqlar artıq öz nəticəsini göstərib.
Həsən Qasımzadə xatırladıb ki, cari ilin fevralında Şamaxı, Ağsu və İsmayıllı rayonlarında zəlzələ baş verib. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq zəlzələdən ziyan çəkmiş evlərin bərpası, yenidən qurulması istiqamətində işlərə başlanılıb. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət 36 qrup regionda evlərə baxış keçirib. Həmin evlərin qəzalı və ya təmirə ehtiyacı olduğu müəyyənləşdirilib. Bu günədək komissiyalara vətəndaşlardan 10 min 649 müraciət daxil olub, onlardan 10 min 608-nə baxılıb. Qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin yenidən tikilməsi üçün layihə institutlarında smetalar hazırlanıb, bu gün də bu istiqamətdə işlər davam edir. Bununla paralel olaraq, bərpaya ehtiyacı olan evlərin bərpası ilə bağlı komissiyaların rəyi təsdiqlənib.
Tikilən evlərin keyfiyyəti ilə bağlı “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə işlər görülür. Tikilən və bərpa edilən evlərin keyfiyyəti ilə bağlı texniki qruplar mütəmadi olaraq hər 3 rayonda evlərin keyfiyyətli tikintisinə nəzarət edir. Bu günə kimi təhvil verilən evlərin keyfiyyəti ilə bağlı vətəndaşlardan şikayət daxil olmayıb.
Qeyd olunub ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələdən zərər çəkmiş evlərin sakinləri ilə görüşərək, onların problemlərinin həlli istiqamətində dövlət qurumları ilə birlikdə sıx işləyib, insanlara mənəvi dəstək göstəriblər. Həmçinin “Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayonda bir sıra sosial obyektlərin tikintisi nəzərdə tutulub.
H.Qasımzadə bildirib ki, qəzalı evlərin sayı 847-dir. Ümumilikdə 547 ev tikiləcək. İndiyədək 251 ev tikilib, 257-si isə tikiləcək. Şamaxı şəhəri ərazisində müxtəlif səbəblərdən yerində tikintisi mümkün olmayan fərdi yaşayış evlərinin sakinləri üçün dördmərtəbəli 44 mənzilli, beşmərtəbəli 20 mənzilli və beşmərtəbəli 110 mənzilli yaşayış binalarının tikintisinə başlanıb. Vurğulanıb ki, tikinti, təmir-bərpa işləri Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə davam etdirilir.
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rayon sakini Hicran Gülməmmədova deyib: “Evim zəlzələ zamanı acınacaqlı vəziyyətə düşmüşdü. Yaşamaq mümkün deyildi. Prezident İlham Əliyev rayonumuza gələndə ondan xahiş etdik ki, evimizi təmir etdirsin. Allah ondan razı olsun ki, göstəriş verdi və tez bir zamanda evimizi tikdilər. Mən ailəmiz adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildirirəm. Onlar bizi dar günümüzdə tək qoymadılar. Həmişə olduğu kimi, yanımızda oldular”.
Dövlətimizin başçısı İlham Əliyevin Şamaxıya gələrək zəlzələdən zərərçəkənlərlə görüşünün onlarda böyük ümid yaratdığını bildirən Ellada Süleymanova deyib: “Şamaxıda baş verən zəlzələ zamanı evimiz qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin göstərişi ilə evimiz yenidən tikilərək bizə verildi. Hazırda evimizdə şərait çox yaxşıdır”.
Mehbarə Bağırova da yaşadığı evin zəlzələdən zərər çəkdiyini bildirib: “Evimiz 1953-cü ildə tikilmişdi. Zəlzələ nəticəsində yararsız hala düşmüşdü. Sağ olsun Prezidentimiz. Göstəriş verdi və tez bir zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə evimiz yenidən tikilib bizə verildi. Evimizdə hər cür şərait yaradılıb. Buna görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığımızı bildiririk. Onlar hər zaman vətəndaşlara qayğı ilə yanaşırlar”.
Qeyd edək ki, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş vermiş zəlzələnin fəsadları dövlətimizin başçısının müvafiq Sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılmaqdadır.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

