İnam Kərimov: 2018-ci illə müqayisədə bu il 200 min ton çox buğda və arpa toplanıb
07.09.2019 [09:55]
Sentyabrın 6-da Cəlilabad rayonunda “Taxıl-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, Elmi-Tədqiqat institutlarının nümayəndələri, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş, taxıl və toxum istehsalı ilə məşğul 200 fermer iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Azərbaycanda taxılçılığın inkişafına böyük dövlət dəstəyi verildiyini bildirib: “Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkədə taxılçılıq ildən-ilə inkişaf edir. Cəlilabad Azərbaycanın ən böyük taxılçılıq rayonlarından biridir. Bu il rayonda taxıl üzrə orta məhsuldarlıq kifayət qədər yüksək olub. Növbəti illərdə sahələrdən daha çox məhsul götürmək hədəfimiz var”.
Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranıb: “Aqrar sahədə müsbət inkişaf dinamikası bu il də davam edib. İlin ötən 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 25,6 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,9 faiz artmışdır”.
Nazir 2019-cu ilin taxıl mövsümünün müsbət göstəricilərlə yadda qaldığını deyib: “Taxıl biçini Aran bölgəsində mayın 25-də başlayıb və iyulun 10-na kimi ümumi əkin sahəsinin 90 faizində biçin başa çatdırılıb. Qalan 10 faizi isə yüksək dağlıq ərazilərdə yerləşən taxıl sahələri olduğu üçün onların da biçini məhsul yetişdikcə davam etdirilib. Bu il əsas taxıl biçini dövrü ötən illə müqayisədə 20 gün tez başa çatıb və 3228330 ton məhsul toplanıb. Respublika üzrə taxıl istehsalının orta məhsuldarlığı 31,3 sentner, o cümlədən buğda üzrə orta məhsuldarlıq 32,4 sentner, arpa üzrə isə 29,7 sentner təşkil edib. 2018-ci illə müqayisədə buğdanın məhsuldarlığı 2,3 sentner, arpanın məhsuldarlığı isə 1,8 sentner artıb. 2018-ci illə müqayisədə bu il 200 min ton artıq buğda və arpa məhsulu toplanıb”.
Müşavirədə 2019-cu ildə Azərbaycanda taxılçılığın və taxıl toxumçuluğunun inkişafında oynadığı rola, yüksək məhsuldarlıq göstəriciləri əldə etdiyinə, nümunəvi fermer təsərrüfatları yaratdığına, taxıl biçinində aktiv iştirakına, məhsulun itkisiz yığımını təmin etdiyinə görə 10 fermer, toxumçu və mexanizatora Kənd Təsərrüfatı Nazirliyinin təşəkkürnaməsi təqdim olunub. Təşəkkürnamələri fermerlərə Kənd Təsərrüfatı naziri İnam Kərimov və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov təqdim ediblər.
Daha sonra müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Respublikada taxıl istehsalı ilə bağlı 2019-cu ilin yekunları və 2019-2020-ci təsərrüfat ilində taxılçılıqda qarşıda duran vəzifələr”, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin direktoru Seymur Mövlayev “Respublikada taxıl istehsalında toxumçuluğun və fitosanitar xidmətin vəziyyəti və qarşıda duran vəzifələr”, “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov “Taxılçılığın gübrə, pestisid və texnika ilə təminatının vəziyyəti” mövzusunda çıxış ediblər.
Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyev taxıl sahələrinin suvarılması istiqamətində görülmüş işlər barədə sualları cavablandırıb.
Müşavirədə taxıl əkininə hazırlıq, toxum, gübrə və texnika ilə təminat, taxıl toxumçuluğunun inkişaf istiqamətləri, subsidiyaların verilməsinin yeni qaydaları ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17

