Bəhruz Quliyev: “Səs” İnformasiya Agentliyi 11 il ərzində ətrafında oxucu ordusu cəmləyib
20.09.2019 [09:08]
“Səs” İnformasiya Agentliyi fəaliyyət göstərdiyi 11 il ərzində kifayət qədər nüfuz qazanıb, ətrafında oxucu ordusu cəmləyib.
Bunu “Trend”ə açıqlamasında “Səs” İnformasiya Agentliyinin (SİA) baş direktoru Bəhruz Quliyev deyib.
Agentlik rəhbəri bildirib ki, SİA 1991-ci ildən fəaliyyət göstərən “Səs” qəzetinin bazasında yaradılıb: “Daim dövlətə, dövlətçiliyə, azərbaycançılıq ideologiyasına xidmət etməyə çalışmışıq. Ulu Öndər Heydər Əliyev həmişə “Səs” qəzeti haqqında seçilən fikirlər səsləndirib, qəzetin fəaliyyətini yüksək qiymətləndirib. Ümummilli Lider həmişə çıxışlarında “Səs” qəzeti mənim ən çox sevdiyim qəzetdir, tarixi qəzetdir və missiyasını vaxtında yerinə yetirir”, deyirdi. Biz də ona görə Ulu Öndərin etimadını doğrultmaq üçün modernləşməyə üstünlük verdik və qəzetin bazasında informasiya agentliyini yaratdıq”.
B.Quliyev qeyd edib ki, bu gün SİA kifayət qədər oxucu auditoriyasına malikdir: “2011-ci ildən etibarən agentliyin bazasında internet televiziyasını yaratdıq. Hazırda “SƏS” internet televiziyası Azərbaycanda ilk olaraq 24 saat onlayn efirin verilməsinə xidmət edir. Biz nümunə olaraq göstərdik ki, bu proses internet üzərindən mümkündür. “Səs”in bazasında formalaşan bu resurslar bu gün üçün internetdə, sosial şəbəkələrdə kifayət qədər auditoriyası, abunəsi olan resurslardır. Bu gün “Səs”in ətrafında çox böyük izləyici kütləsi toplaşıb. Mən deyərdim ki, “Səs”in oturuşmuş təcrübəsinin üzərində bu gün böyük bir məktəb yaranıb. İnformasiya agentliyi qocaman işçilərin təcrübəsindən bəhrələnərək hazırda yeni nəsil jurnalistlər yetişdirir. Vaxtilə SİA-da işləmiş, yetişmiş jurnalistlər bu gün ölkənin aparıcı mətbuat orqanlarında və dövlət qurumlarında çalışırlar. Təbii ki, SİA-nın Azərbaycan mətbuatının inkişafına verdiyi bu töhfə bizi sevindirir”.
Xəbər lenti
Hamısına baxSosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11

