/ / Bakıda müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə olunmasına dair beynəlxalq regional seminarda maraqlı müzakirələr aparılıb
Bakıda müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə olunmasına dair beynəlxalq regional seminarda maraqlı müzakirələr aparılıb
31.10.2019 [09:43]
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bakıda keçirdiyi “Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq regional seminar oktyabrın 30-da işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, seminarın ikinci günündə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov kollektiv idarəetməyə strateji yanaşmanın prinsipial dərəcədə vacib olduğunu bildirib. Qeyd edib ki, məhz bu sual kollektiv idarəetmənin müəllif qarşısında öz vəzifələrini nə dərəcədə yerinə yetirən uğurlu təşkilat olduğu məsələsini müəyyənləşdirir. Kollektiv idarəetmədən söz açıldıqda müəlliflərin (hüquq sahiblərinin) əsərlərindən istifadə etməyə nəzarətin, istifadəçilərin isə istifadəyə icazə (lisenziya) almağın mümkünsüzlüyü və ya mürəkkəbliyi əsas götürülür. Bununla da kollektiv idarəetmə sisteminin mahiyyəti və məntiqi hüquq sahiblərinin və istifadəçilərin maraqlarının ortaq məxrəcə gətirilməsi prinsipini irəli sürür. Bu, həqiqətən, belədir və kollektiv idarəetmə təşkilatlarının müəllif hüquqlarının qorunmasına verdiyi vacib töhfədir. Lakin qarşımızda “hüquqların hansı idarəetmə sistemi - individual, fərdi, yoxsa kollektiv idarəetmə sistemi daha əlverişlidir?” sualı dayandıqda, cavab birmənalıdır - mümkün olduğu halda fərdi idarəetmə daha əlverişlidir, daha üstündür, çünki müəllifin (hüquq sahiblərinin) iradəsinə və qərar verməsinə əsaslanır.
Kamran İmanov diqqətə çatdırıb ki, müəlliflərin müstəsna hüquqları bir sadə səbəbə görə - müəlliflərin, hüquq sahiblərinin stimullaşdırılması ilə qorunan əsərlərə cəmiyyətin qanuni, mədəni maraqları arasında tarazlığı saxlamaq məqsədilə məhdudlaşdırılır. Əslində müəlliflik hüququnun tarixi bütün qanunverici, beynəlxalq normalar arasında bir növ kompromisdir. Kompromis o zaman baş tutur ki, həm müəllif stimullaşdırılır, həm də əsərdən cəmiyyət istifadə edir, yəni tarazlıq qorunur. Əlbəttə ki, texnologiyalar daim inkişaf edir və bu tarazlığı dəyişir. Təsadüfi deyil ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarri “Texnologiyalar əqli mülkiyyət sisteminin gələcəyini müəyyənləşdirəcək və dünya əqli mülkiyyət sisteminin arxitekturası da bu texnologiyaların təzyiqi altında olacaq” fikrini söyləyib. Belə halda müəllif hüquqlarının necə olacağı məsələsinə mütəxəssislər “müəllif hüquqları köhnə modellərə yapışıb qalmamalı, eyni zamanda, yeni texnologiyaları təkzib etməyərək ona uyğunlaşmalı, yeni şəraitdə, müvafiq balansa uyğun işləməlidir” fikrini irəli sürürlər.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri bildirib ki, Azərbaycanda hüquqların kollektiv idarə edilməsi qanuni və normativ-hüquqi aktlara əsaslanır, könüllü xarakter daşıyır və kollektiv idarəetmə təşkilatları qaydalara uyğun olaraq, məhdud genişləndirilmiş lisenziyalaşmanı tətbiq etməlidir. Yəni müəyyən bir sahədə yeganə təşkilat kollektiv idarəetməni təşkil edərək, yalnız ona hüquqların təmsilçiliyini həvalə edən hüquq sahiblərinin hüquqlarını idarə edir. İstisnalar isə müəllif-hüquq qanunvericiliyinin 17.3 və 37-ci maddələrində göstərilən private-copy (şəxsi məqsədlər üçün surətçıxarma) və dərc edilmiş fonoqramlarla bağlı müvafiq olaraq, qanuni lisenziyalar əsasında həyata keçirilir.
Azərbaycan qanunvericiliyinin “genişləndirilmiş kollektiv idarəetmə” ilə bağlı müəyyən etdiyi məhdudiyyət onunla bağlıdır ki, belə ictimai birlik ancaq ona bu səlahiyyəti vermiş hüquq sahiblərinin maraqlarını təmsil edə bilər. Bununla yanaşı, Qanunun mövcud normasına (43-cü maddə) uyğun olaraq, kollektiv idarəetmə təşkilatına belə hüququ verməmiş hüquq sahibinin ona çatası qonorarı tələb etmək (şərik əsərlər üçün, yaxud bütöv proqrama görə hesablanmış qonorar), həmçinin öz əsərlərinin həmin təşkilatın repertuarından çıxarılmasını tələb etmək ixtiyarı var.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan bu normaya və beynəlxalq təşkilatların qəbul etdiyi təsnifata uyğun olaraq, “məhdud genişləndirilmiş kollektiv idarəetmə” özlüyündə onlara münasibətdə kollektiv idarəetmənin həyata keçirildiyi şəxslərin sayının məhdudlaşdırılmasıdır.
Azərbaycan qanunvericiliyi kollektiv idarəetmə təşkilatlarının yaranmasını ictimai birliklər kimi müəyyən edir, qeydiyyatını Ədliyyə Nazirliyinə həvalə edir və bununla yanaşı, Əqli Mülkiyyət Agentliyində akkreditasiyanın keçməsini zəruri təsbit edir. Akkreditasiya qaydalarına aid hökumətin xüsusi qərarı qüvvədədir.
Beynəlxalq regional seminarda çıxış edən ÜƏMT-nin Müəllif Hüquqlarının İdarəetmə Departamentinin direktoru Benua Müller əqli mülkiyyət hüquqlarının qorunmasında ərazi və milli prinsipləri qeyd edib, həmçinin rəqəmsal əsrdə kollektiv idarəetmədə internetlə bağlı çağırışları, nəhəng provayderlərin mövqeyini, o cümlədən regional lisenziya ilə bağlı maraqlı olduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, kollektiv idarəetmədə peşəkarlar çalışmalıdır. Müəlliflər onlara öz hüquqlarını etibar edirlər. Bu baxımdan kollektiv idarəetmədə çalışanlar böyük məsuliyyət daşıyırlar. Həmin təşkilatlarda mübahisəli məsələləri həll etmək üçün xüsusi sistem olmalıdır. Qonorar yığımı və ödənilməsi ilə bağlı kollektiv idarəetmə və dövlət orqanları birmənalı şəkildə maarifləndirmə kampaniyalarını keçirməlidir.
CISAC-ın Avropa üzrə regional direktoru Mitko Çatalbaşev Avropada əqli mülkiyyət hüquqlarının qorunmasında fəaliyyət göstərən modellərdən, milli alətlərdən, nəzarət mexanizmlərindən danışıb, kollektiv idarəetmədə səriştəli işçilərin çalışmasının vacibliyini qeyd edib, adekvat idarəçiliyin vacibliyini vurğulayıb.
Polşadan olan müstəqil ekspert Karol Kosçinski yaxşı idarəetmə sistemini yaratmaq üçün zəruri olan amillərdən danışıb, təmsil etdiyi ölkənin təcrübəsini bölüşüb.
Tədbirdə çıxış edənlər bu və ya digər modelin bütün dünyada tətbiqinin mümkünsüzlüyü qeyd edib, reallığın nəzərə alınmasının, bazar dəyərinə yaxınlaşmağın vacibliyini bildiriblər.
Ümumiyyətlə, beynəlxalq regional seminarda “Kollektiv idarəetməyə strateji yanaşma: qanuni/məcburi kollektiv idarəetmə; müstəsna hüquqlar; könüllü kollektiv idarəetmə; dövlət və özəl kollektiv idarəetmə təşkilatları”, “Kollektiv idarəetmədə nümunəvi idarəçilik: təcrübə mübadiləsi; ÜƏMT-nin kollektiv idarəetmə təşkilatları üçün təcrübə aləti”, “Kollektiv idarəetmə təşkilatlarının peşəkar və səriştəli heyəti: təlim və potensialın artırılması; ÜƏMT Akademiyasının təqdim etdiyi xidmətlər”, “Texnoloji infrastruktur və sənədləşmə; WIPO Connect və digər informasiya texnologiyaları həlləri” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb. Böyük maraqla qarşılanan bu beynəlxalq tədbirdə Polşa, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən xarici qonaqlar iştirak edirlər. Həmçinin ÜƏMT, CISAC, Avrasiya İqtisadi Komissiyası, Sony-Music kimi beynəlxalq təşkilatlar geniş təmsil olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

