/ / MSK-nın Şəkidə təşkil etdiyi regional seminarda seçkilərlə bağlı müraciətlərə baxılması məsələləri müzakirə olunub
MSK-nın Şəkidə təşkil etdiyi regional seminarda seçkilərlə bağlı müraciətlərə baxılması məsələləri müzakirə olunub
01.11.2019 [09:47]
Bu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan növbəti regional seminar oktyabrın 31-də Şəki şəhərində keçirilib.
“Şəki-Palas” otelində keçirilən seminarda MSK-nın üzvləri Validə Kazımova, İlkin Şahbazov, respublikanın şimal-qərb bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi dairə seçki komissiyalarının hər birindən 3 ekspert olmaqla, ümumilikdə, aşağı seçki komissiyalarının 51 təmsilçisi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarı MSK üzvü Validə Kazımova açaraq, bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar MSK tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Bildirilib ki, regional seminarların keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin seçki prosedurları ilə bağlı məlumatlarının artırılması və praktiki vərdişlərinin gücləndirilməsindən ibarətdir.
Sonra MSK-nın digər üzvü İlkin Şahbazov “Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda təqdimatla çıxış edib. Seminar iştirakçılarına seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin verilməsi, vətəndaşlar tərəfindən təqdim edilən şikayətlərin forması və məzmunu, seçki hüquqlarının pozulmasına dair şikayətin verilmə müddəti, şikayətə dair qərar qəbul olunması müddəti, şikayətin qəbul edilməsindən sonra növbəti prosedurlar və digər məsələlər barədə ətraflı izahat verilib.
Seminarda MSK üzvü Validə Kazımova “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması. Ekspert qruplarının fəaliyyətinin əsasları” mövzusunda təqdimatla çıxış edib.
Qeyd olunub ki, seçkilərlə əlaqədar müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması çox vacib məsələdir və vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Buna görə də dairə seçki komissiyalarının ekspert qrupunun üzvləri mövzu ilə bağlı qanunvericiliyin tələblərini dərindən mənimsəməli və öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər.
Tədbirin praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

