/ / Bakıda keçirilən “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq təlimin açılış mərasimi olub
Bakıda keçirilən “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq təlimin açılış mərasimi olub
06.11.2019 [09:51]
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq təlimin noyabrın 5-də açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, FHN-in Akademiyasında keçirilən təlimin açılış mərasimində Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Belarus Respublikasının Fövqəladə Hallar naziri Vladimir Vaşenko, Türkiyə Respublikası Daxili İşlər nazirinin müavini İsmail Çataklı, BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupu (INSARAG) Katibliyinin rəhbəri Rudolf Müller, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsi önünə əklil və gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra Azərbaycan Respublikasının dövlət himni ifa edilib.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda əhalisinin təhlükəsizliyinə daim xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkədə mülki müdafiə, eləcə də əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Məhz dövlətimizin başçısının diqqət və qayğısı sayəsində FHN-in maddi-texniki bazası ən müasir texnika və avadanlıqlarla möhkəmləndirilib, peşəkar kadr potensialı formalaşdırılıb. Bu baxımdan FHN Akademiyasının fəaliyyətini xüsusi qeyd edən nazir bu xüsusi təhsil ocağının beynəlxalq əməkdaşlığa, fövqəladə halların idarə olunması üzrə yüksək səviyyəli ixtisaslı kadrların hazırlanması sahəsində zəngin təcrübəyə malik xarici ölkələrin müvafiq təhsil müəssisələri ilə təcrübə mübadiləsinə böyük əhəmiyyət verdiyini deyib.
FHN-in bir sıra xarici ölkələrdə baş vermiş irimiqyaslı fövqəladə hallara çevik reaksiyası barədə də məlumat verən Kəmaləddin Heydərov vurğulayıb ki, ölkələrin fövqəladə hallarla təkbaşına mübarizəsinin istənilən effekt verməməsi və fəlakətlərin sərhəd tanımaması səbəbindən belə durumlarda birgə mübarizəsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, beynəlxalq əməkdaşlığa və təcrübə mübadiləsinə xüsusi diqqət yetirən, xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin aidiyyəti strukturları ilə fəal əməkdaşlıq edən, respublikamızda və xarici ölkələrdə baş verən fəlakətlərə çevik reaksiya verməyə hər an hazır olan Azərbaycanın Fövqəladə Hallar Nazirliyi fəlakətlərlə birgə mübarizə sahəsində irəli sürülən istənilən mütərəqqi təşəbbüsə qoşulmağa hazırdır.
INSARAG Katibliyinin rəhbəri Rudolf Müller, Belarusun Fövqəladə Hallar naziri Vladimir Vaşenko, Türkiyə Daxili İşlər nazirinin müavini İsmail Çataklı və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışlarında tədbirin əhəmiyyətini qeyd edərək, müasir dövrdə dünyada baş verən fövqəladə hallarla mübarizədə birgə əməkdaşlığın vacibliyindən danışıblar. Qeyd olunub ki, bu kimi təlimlər fəlakətlər zamanı aidiyyəti qurumların qarşılıqlı əlaqəli fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də təcrübə mübadiləsi baxımından faydalıdır. Ona görə də əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsi bütün tərəflər üçün böyük əhəmiyyət daşıyır.
Təlimə ümumi rəhbərliyi həyata keçirən Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev təlimin məqsədi və gedişi barədə məlumat verib. Bildirib ki, şərti ssenariyə uyğun olaraq, noyabrın 3-də saat 05:30 radələrində episentri Xəzər dənizində olmaqla, Bakıdan 45 kilometr şimal-şərqdə Rixter şkalası üzrə 8 bal gücündə zəlzələ baş verib. Daxil olmuş məlumatlara əsasən, zəlzələ nəticəsində Bakı şəhəri ərazisində yerləşən tikililərdə müxtəlif dərəcəli “dağıntılar” qeydə alınıb. Yol və körpülərin, elektrik, su və qaz təchizatı sistemlərinin “sıradan çıxdığı” bildirilib. Potensial təhlükəli obyektlərdə yanğın və texnogen “qəzalar” baş verib. Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının qərarına uyğun olaraq, Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə, Səhiyyə, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, “Azərenerji” və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qüvvələri tərəfindən qarşılıqlı fəaliyyətdə axtarış-xilasetmə, yanğınsöndürmə, zərərçəkmişlərin ilkin həyat təminatı və ictimai asayişin qorunması üzrə tədbirlər həyata keçirilir, BMT-dən yardım istənilməsi üçün təklif hazırlanır.
Qeyd edək ki, noyabrın 3-də başlayan təlimin keçirilməsində məqsəd baş verə biləcək fövqəladə hallara aidiyyəti dövlət qurumları tərəfindən çevik reaksiya verilməsi, axtarış-xilasetmə əməliyyatlarının vaxtında və səmərəli həyata keçirilməsi, kömək üçün gələn beynəlxalq dəstələrin fəaliyyətinin əlaqələndirilməsi sahəsində təlim iştirakçılarının peşəkar fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasından ibarətdir. Təlimdə FHN-in və digər aidiyyəti dövlət qurumlarının əməkdaşları, INSARAG-a üzv olan ölkələrin komandaları, həmçinin NATO-nun, Ümumdünya Səhiyyə Təşkilatının, ATƏT-in, “BP-Azərbaycan”, “MapAction” şirkətlərinin nümayəndələri iştirak edirlər.
Təlim çərçivəsində qonaqlara FHN-in texnika və avadanlıqları da nümayiş olunub.
“Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlim noyabrın 8-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

