Dövlət Komitəsində görüş keçirilib
14.11.2019 [09:42]
Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Dünya dini liderlərinin II Bakı sammiti”ndə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan yəhudilərdən ibarət nümayəndə heyəti ilə görüşüb. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Yeşiva Universiteti Yakob Sefard Tədqiqatlar İnstitutunun direktoru Eliy Abadi, Türkiyə və Almaniyanın baş ravvinləri İshaq Haleva və Hain Yidşaq Etherberq, Macarıstan Yəhudiləri Assosiasiyası prezidentinin şəxsi nümayəndəsi Akos Naqi, və İsraildən olan jurnalist Elyana Rose Rude daxildir.
Qonaqları səmimiyyətlə salamlayan Mübariz Qurbanlı onları ölkəmizdə görməkdən, dinlərarası dialoq mövzusunda çox önəmli və mötəbər tədbirdə iştirak etmələrindən məmnunluğunu ifadə edib.
Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verən Komitə sədri bildirib ki, Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub. Bu ənənə müasir zamanda nəinki dəyişməyib, əksinə, daha da dərinləşib. Azərbaycanın dövlət müstəqilliyindən sonra bu dəyər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Respublikada digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması üçün lazımi şərait olduğunu qeyd edən Mübariz Qurbanlı ölkəmizdə 7 sinaqoqun olduğunu, Dağ, Avropa və Gürcü yəhudi icmalarının, yəhudi məktəbinin fəaliyyət göstərdiyini deyib.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyini diqqətə çatdıran DQİDK sədri Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin içərisində də yəhudilərin olduğunu, Qarabağda erməni işğalına qarşı döyüşlərdə iştirak edən və şəhid olan Azərbaycan vətəndaşı Albert Aqarunovun “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü vurğulayıb. O, Milli qəhrəmanın adını daşıyan küçədə Albert Aqarunovun şərəfinə heykəl ucaldığını və abidənin noyabrın 15-də açılışı olacağını da diqqətə çatdırıb.
Ölkəmizə səfərindən, buradakı müşahidələrindən məmnunluq ifadə edən Yeşiva Universiteti Yakob Sefard Tədqiqatlar İnstitutunun direktoru Eliy Abadi bildirib ki, Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır və ölkəmizin bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edilir. O, ölkəmizdə yəhudi icmasının fəaliyyəti, digər konfessiyalarla əməkdaşlığın hər zaman diqqət mərkəzində olmasını yüksək dəyərləndirib.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşün sonunda qonaqlar səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49

