AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
20.11.2019 [09:59]
Noyabrın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri olan Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. İştirakçılar əvvəlcə universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Bakı Dövlət Universitetinin keçdiyi tarixi yoldan söz açıb. Bildirib ki, BDU Azərbaycanda təhsilin və elmin inkişafına misilsiz xidmətlər göstərməklə yanaşı, ölkənin ictimai-siyasi həyatında da mühüm rol oynayıb. Böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetirən bu ali təhsil ocağının ən böyük məzunu Ulu Öndər Heydər Əliyev olub. Ümummilli Lider Heydər Əliyev Bakı Dövlət Universitetinin rolunu və əhəmiyyətini yüksək qiymətləndirib, bu təhsil ocağını Azərbaycan xalqının sərvəti adlandırıb.
Vilayət Vəliyev Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında Bakı Dövlət Universitetinin misilsiz xidmətləri olduğunu qeyd edib. O, özünün də BDU-nun məzunu olduğunu xatırladaraq deyib ki, hazırda AzTU-nun professor-müəllim heyətinin 163 nəfəri məhz Bakı Dövlət Universitetinin məzunudur.
Rektor BDU-nun inkişafının yeni mərhələsinin Prezident İlham Əliyevin adı ilə bilavasitə bağlı olduğunu xüsusi vurğulayıb. AzTU ilə BDU arasında gələcək əməkdaşlığın genişləndirilməsi üçün müəyyən işlər görüləcəyini qeyd edib.
Sonra çıxış edən BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən bəhs edərək, bu ali təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini bildirib. BDU-nun keçdiyi 100 illik şərəfli yoldan danışan Elçin Babayev vurğulayıb ki, universitetin 100 illik yubileyinin Parisdə keçirilməsi Azərbaycan təhsilinə və elminə verilən böyük diqqətdir. Rektor Bakı Dövlət Universiteti ilə AzTU arasında əməkdaşlığın yeni mərhələsinin əsasının qoyulduğunu da diqqətə çatdırıb.
Daha sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və AzTU-nun Kimya kafedrasının müdiri Elman Məmmədov Bakı Dövlət Universitetinin Azərbaycan təhsilinə və elminə verdiyi töhfələrdən söz açıblar.
Mərasimdə AzTU-da çalışan və BDU-nun məzunu olmuş 163 professor-müəllim heyəti adından Bakı Dövlət Universitetinə xatirə hədiyyəsi təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

