Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22.11.2019 [09:59]
Bir neçə tarixi romanın müəllifi Nadir Doğanla görüş keçirilib
Bakı Yunus Əmrə İnstitutunda TRT-nin keçmiş əməkdaşı, bir neçə tarixi romanın müəllifi Nadir Doğanla görüş keçirilib. Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə keçirilən görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Şimali Kipr Türk Respublikasının Bakıdakı təmsilçisi Ufuk Arca Turgener, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, TRT-nin Bakı təmsilçisi Murat Akkoç, ölkəmizdəki türkiyəli iş adamları, ziyalılar, QHT və KİV nümayəndələri, həmçinin tələbələr iştirak ediblər.
Tədbirdə öncə Nadir Doğanın özü, həmçinin Xəzər türklərinin tarixi ilə bağlı yazdığı “Togarmanın cocukları”, “Kuzeyə yolçuluq” və “Altın bozqurtlar” adlı tarixi romanları barədə ətraflı məlumat verilib.
Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu kitablarda bəhs edilən tarixi hadisələrin dünya coğrafiyasının strateji baxımdan ən önəmli nöqtələrini əhatə etdiyini bildirib. Səfir “Bu kitablarla biz qapı açmış olacağıq. Çünki bu kitablarda Hindistandan Misirə, oradan Qərbə və Avropanın şimalına qədər uzanan qədim dünya dediyimiz qitələrin, demək olar, hamısını əhatə edən böyük bir tarixdən bəhs edilir”, - deyə əlavə edib.
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə Xəzərin türklərin qapalı bir dənizi olduğunu deyib. Onun sözlərinə görə, hər zaman Xəzərin dörd bir yanında türklər yaşayıblar və bu gün də bu dənizin sahillərində yaşayan türk xalqlarıdır.
Millət vəkili çıxışında sözügedən kitablarla bağlı bir məqama da toxunub. Daha doğrusu, Nadir Doğanın üç tarixi romanından biri olan “Togarmanın cocukları” romanına toxunan Hikmət Babaoğlu deyib ki, vaxtilə Abbasqulu Ağa Bakıxanov Togarma ilə bağlı yazısında Mahmut Kaşğariyə istinad edib: “Mahmut Kaşğari XI əsrdə “Divanü lüğat-it Türk” əsərində “yalavac Nuhun oğlu Yafəsin oğlu Qomerin oğludur Togarma”, - deyə bəhs edir. Mahmut Kaşğarinin bəhs etdiyi qomerlər kimmerlərdir. Yəni Azərbaycan tarixşünaslığı onları kimmerlər adlandırır. Biz kimmerlərə qəmərlər deyirik və Azərbaycanda çoxlu sayda Qəmərli adlı kəndlər var. Bu, bir daha göstərir ki, biz Togarmanın varisləriyik”.
Millət vəkili həmçinin müasir dövrümüzdə tarixi romanların, özü də türklərin tarixindən bəhs edən romanların yazılmasının təqdirəlayiq olduğunu deyib.
Sonda çıxış edən Nadir Doğan bu cür tədbirin təşkilinə və romanlarına göstərilən marağa görə minnətdarlığını bildirib. Azərbaycanın qədim bir türk yurdu kimi hər zaman onun diqqətini çəkdiyini söyləyən Nadir Doğan ölkəmizə səfər etməsinə yaradılan şəraitdən məmnun olduğunu deyib.
Konkret olaraq yuxarıda bəhs edilən kitablara gəlincə, müəllif “mən türklərin tarixinin bəzi dövrlərini, xüsusilə Xəzər türkləri ilə bağlı tarixi hadisələri roman dili ilə yazdım ki, hər kəs üçün oxunaqlı olsun. Hesab edirəm ki, bu həm böyüklərin, həm də uşaqların türklərin tarixini daha dərindən öyrənmələrinə kömək edə bilər” - deyib.
O, gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini söyləyib.
Onu da bildirmək yerinə düşər ki, Nadir Doğan dünən həmçinin Xəzər Universitetinin müəllim və tələbə heyəti ilə də görüşüb. Görüşdə “Xəzər dövlətinin çöküşü” mövzusunda çıxış edən türkiyəli müəllif sonda sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

