İcbari tibbi sığorta ilkin mərhələdə 20 rayonda 2 milyona yaxın insanı əhatə edəcək
28.11.2019 [09:32]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqini 4 mərhələdə həyata keçirməyi nəzərdə tutur. Birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və 2 milyona yaxın vətəndaşı əhatə edəcək. Yanvar-mart aylarında həyata keçiriləcək proses Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şəki, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında tətbiq olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə noyabrın 27-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə əlaqədar Quba şəhərində keçirilən maarifləndirmə tədbirində məlumat verilib.
Görüşdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşları Tural Qulu və İsa Məmmədov təqdimatlarla çıxış ediblər.
Bildirilib ki, mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir.
Diqqətə çatdırılıb ki, icbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, respublikada icbari tibbi sığortanın tətbiqinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusunu (xidmətlər zərfi) hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən, eləcə də verilməyən laborator və diaqnostik xidmətlərin siyahısı təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.
Tədbirdə icbari sığorta haqları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, dövlət tərəfindən təqvim ili üçün adambaşına 90 manat icbari sığorta haqqı ayrılacaq. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanan əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 2 faiz, 8 min manatdan yüksək olan hissəsindən isə 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqının ödənməsi nəzərdə tutulur. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanan əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 1 faiz, 8 min manatdan yüksək olan hissəsindən isə 0,5 faiz ödənilməsi müəyyən edilib.
İlkin mərhələdə ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək. İkinci mərhələdə, aprel-iyun aylarında 17 region - Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq.
İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq.
Sonuncu mərhələdə isə (oktyabr-dekabr ayları) Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcək.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tətbiq olunacaq yeniliklər barədə əlavə məlumatlar verilib.
Maarifləndirici görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

