Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dağıstanlı tələbələr BDU-da təcrübə keçəcəklər

Dağıstanlı tələbələr BDU-da təcrübə keçəcəklər

28.11.2019 [09:40]

Bakı Dövlət Universitetində (BDU) Dağıstan Dövlət Universitetinin rektoru, professor Murtazali Rabadanov və Həştərxan Dövlət Texniki Universitetinin professoru, Rusiya Federasiyasının Ali təhsil üzrə əməkdar işçisi Pimenov Yuriy Tumofeyeviç ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Elçin Babayev universitetin 100 illiyi münasibətilə keçirilən yubiley tədbirində iştirak edən qonaqlara təşəkkürünü bildirib.
Perspektiv plan və əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələrin aparıldığı görüşdə birgə elmi-tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsinin əhəmiyyətindən danışılıb, alim və tədqiqatçıların səfər mübadilələri yolu ilə kadr hazırlığı, müştərək elmi konfranslar, seminarlar və təcrübə kurslarının təşkili məsələlərinə toxunulub.
Dağıstan Dövlət Universitetinin və Həştərxan Dövlət Texniki Universitetinin tələbələrinin BDU-da, o cümlədən universitetin Quba tədris-təcrübə və istirahət mərkəzində təcrübə keçmələri barədə konkret təkliflər irəli sürülüb. Universitetlər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 388 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31