Bakıda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı konfrans keçirilib
28.11.2019 [09:47]
Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında artan tərəqqi” adlı layihəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), BMT-nin Rezident Əlaqələndiricisinin, BƏT və digər təşkilatların nümayəndələri iştirak edib.
Konfransın açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası sahəsində Azərbaycanın əldə etdiyi nümunəvi uğurların Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası sahəsində Azərbaycanın ardıcıl və sistemli yanaşma nümayiş etdirdiyini bildirən M.Kərimli Baş Nazirin müavininin rəhbərlik etdiyi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini, cari ilin iyul ayında dayanıqlı inkişaf üzrə könüllü 2-ci milli hesabatın Nyu-Yorkda uğurla təqdim olunduğunu deyib. M.Kərimli qeyd olunan Məqsədlərin icrası sahəsində BƏT-lə əməkdaşlıqdan bəhs edib. Bildirib ki, BƏT-in yeni gündəliyi Əməyin Gələcəyi üzrə Qlobal Komissiyanın 2019-cu il 22 yanvar tarixli hesabatına əsaslanır. Komissiya iqtisadi artım və inkişaf üçün İnsanyönümlü Gündəlik təklif edib. Əlamətdar haldır ki, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət də məhz bu prinsipə əsaslanır və əsasən iki məqsədə - əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Nazir müavini xidmətlərin keyfiyyətinin artırılması sahəsində uğurlu nümunələr kimi DOST layihəsini, avtomatlaşdırılmış pensiya təyinatını, “e-sosial” portalını, “Məşğulluq” alt-sistemini qeyd edib. Mayda açılan ilk DOST mərkəzinin ötən dövrdə 50 mindən çox vətəndaşa xidmət göstərdiyini bildirib. O, Azərbaycanda həyat keyfiyyətinin artırılması ilə bağlı tədbirlərə nümunə olaraq bu il minimum əmək haqqının 93, minimum pensiyanın 72, müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, özünüməşğulluq proqramının bu il on dəfə genişləndirildiyini diqqətə çatdırıb.
M.Kərimli ölkəmizdə Məşğulluq Strategiyasının hazırlanmasına, özünüməşğulluq proqramının tərtib olunmasına, Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılmasına BƏT-in dəstəyini, Azərbaycanın regionda BƏT üçün uğur nümunəsi olduğunu qeyd edib. Bildirib ki, gənclərin məşğulluğu, özünüməşğulluq və Üçtərəfli Komissiyanın yaradılması ilə bağlı ölkəmizin təcrübəsi BƏT tərəfindən müsbət təcrübələr kimi digər ölkələrə tövsiyə edilib. BƏT-lə əməkdaşlığımızda geniş potensiala malik olan mühüm bir sahə milli təcrübələrimizin ekspertlərimiz vasitəsilə digər ölkələrə ixrac olunmasıdır.
BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə bağlı Azərbaycanın BƏT tərəfindən region üzrə fokus ölkə seçildiyini deyən nazir müavini xatırladıb ki, 2018-ci ilin may ayında Azərbaycan DİM-lərdən 8-ci Məqsədin həyata keçirilməsinə həsr olunmuş beynəlxalq konfransa ev sahibliyi edib. BƏT-in baş direktoru ötən il mayın 20-dən 22-dək ölkəmizə səfəri zamanı Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib. Ölkəmizin beynəlxalq aləmdəki daim artan nüfuzu, son illərdə əldə edilmiş sosial-iqtisadi uğurları, həyata keçirilən səmərəli praktiki əməkdaşlıq sayəsində Azərbaycan (hökumət qrupu üzrə) BƏT-ə üzvlüyü ərzində ilk dəfə 2017-ci ilin iyun ayında BƏT-in İdarə Heyətinin üzvü seçilib.
M.Kərimli “Layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə DİM-in icrasında artan tərəqqi” adlı BƏT layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlərin DİM-lərin icrasına əsaslı töhfə verdiyini deyib.
Konfransda, həmçinin Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin sosial məsələlər sektorunun müdiri Samirə Quliyeva, AHİK-in sədr müavini Cavanşir Alxasov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov və BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktor müavini Al Xaldi Xulud çıxış ediblər, “Azərbaycanda layiqli əmək, nailiyyətlər və gələcək fəaliyyət” və “Dayanıqlı İnkişaf Məqsədləri və yeni çağırışlar” mövzularında iclaslar keçirilib, yerli və beynəlxalq mütəxəssislər tərəfindən çıxışlar və təqdimatlar edilib, müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29

