“Tibbi sığorta haqqında” qanuna vacib dəyişikliklər nəzərdə tutulur
28.11.2019 [09:48]
Agentlik səhiyyə resurslarını özündə cəmləşdirməklə 2020-ci ildə ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqini təmin edəcək
Məlum olduğu kimi, Milli Məclisdə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, təkliflərə əsasən, 2020-ci ilin yanvar ayının 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib.
Məlumdur ki, dünyada icbari tibbi sığortanın təməl prinsipi həmrəylikdir. Bu prinsipə əsasən qanunvericilikdə nəzərdə tutulan əhali kateqoriyalarından toplanan sığortahaqları tibbi xidmətlərə ehtiyacı olan şəxslər üçün xərclənilir.
Qeyd edək ki, 2020-ci ildə icbari tibbi sığortanın ölkədə mərhələli şəkildə tətbiq olunması təklif olunub. Gələn ilin 1 yanvar tarixindən icbari tibbi sığorta haqlarının toplanılması nəzərdə tutulur. Məsələ ondadır ki, bəzi əmək müqaviləsi ilə işləyən şəxslərin çalışdıqları inzibati ərazi ilə qeydiyyatda olduqları inzibati ərazi eyni olmadığına görə icbari tibbi sığorta haqlarının mərhələli şəkildə toplanılmasını həyata keçirmək praktik olaraq mümkün deyil. Belə ki, 2020-ci ilin birinci rübündə icbari tibbi sığorta şimal bölgəsində (məsələn, Quba rayonu) qeydiyyatda olan sakinlərə şamil olunsa da, onların bir hissəsi digər regionlarda, xüsusən də Bakıda yerləşən müəssisələrdə çalışırlar.
Eyni zamanda, qeyd edək ki, icbari tibbi sığorta fondunun büdcəsi artıq proqnozlaşdırılıb, gəlir və xərc istiqamətləri müəyyənləşdirilib. Dövlət büdcəsi tərəfindən adambaşına illik 90 manat olmaqla, ümumilikdə 900 mln. manat, işçi və işəgötürənlərdən hər biri üzrə 229 mln. manat, digər mənbələrdən 185 mln. manat vəsaitin toplanılması proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın tətbiq ediləcəyi və edilməyəcəyi ərazilərdə fəaliyyət göstərən tibb müəssisələri arasındakı əsas fərq onların maliyyələşdirilməsi mexanizmi ilə bağlı olacaq. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) sığortanın tətbiq ediləcəyi tibb müəssisələrini göstərdikləri tibbi xidmətlərin həcminə əsasən maliyyələşdirəcək. İcbari tibbi sığorta tətbiq edilməyən tibb müəssisələrində isə maliyyələşmə müəssisənin saxlanma xərcləri üzrə aparılacaq.
Dövlət büdcəsi tərəfindən ödənilən adambaşına illik 90 manat vəsait də eyni qaydada mərhələlərə bölünməklə sığortahaqqı və ya saxlanma xərcləri qaydasında Agentliyə ödəniləcək. Həmin vəsaitlər vətəndaşların xidmətlər zərfi çərçivəsində tibbi xidmət əldə etmələri ilə yanaşı, tibb müəssisələrinin hazır olması üçün lazım olan sərmayə qoyuluşlarına, informasiya texnologiyaları infrastrukturunun gücləndirilməsinə yönəldiləcək.
Beləliklə, Agentlik səhiyyə resurslarını özündə cəmləşdirməklə 2020-ci ildə ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqini təmin edəcək. Nəticədə vətəndaşların tibbi xidmətlərə əlçatanlığı artacaq.
NARDAR
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

