Xəzər şərəfli tariximizin göz bəbəyidir
30.11.2019 [10:01]
Nadir Doğan: Xəzər türkləri ilə bağlı tarixi hadisələri roman dili ilə yazdım ki, hər kəs üçün oxunaqlı olsun
Xəbər verdiyimiz kimi, TRT-nin keçmiş əməkdaşı, bir neçə tarixi romanın müəllifi Nadir Doğan ötən həftə ölkəmizdə səfərdə olub. TRT-nin Bakı təmsilçisi Murat Akkoçun təşəbbüsü və Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmirin dəvəti ilə baş tutan səfər çərçivəsində Bakıda Nadir Doğanın kitablarının təqdimatı olub, həmçinin müəlliflə görüşlər keçirilib. Qeyd edək ki, səfər zamanı “Yeni Azərbaycan” qəzetinə eksklüziv müsahibə verən Nadir Doğan həm Xəzər türklərinin tarixi ilə bağlı yazdığı “Togarmanın cocukları”, “Kuzeyə yolçuluk” və “Altın bozqurtlar” adlı romanların yaranma səbəbi, həm də gələcək planları ilə bağlı suallarımızı cavablandırıb.
Həmin suallara keçməzdən öncə bildirək ki, 1967-ci ildə Ankarada anadan olan, 1989-cu ildə Uludağ Universitetini bitirən Nadir Doğan 1993-cü ildə operator kimi fəaliyyətə başladığı TRT-də uzun illər televiziya və xəbər proqramlarında, həmçinin “Son köç”, “Tarixin işığında türk sineması”, “Mavi tutku” və s. bu kimi sənədli filmlərin çəkilişində operator və rejissor kimi çalışıb. Bu vaxta qədər bir sıra mükafatlar alan yazarın 2015-ci ildə “Kuzeyə yolçuluk” adlı film ssenarisi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müsbət qiymətləndirilib. Sonradan bu ssenari əsasında roman yazılıb. Bundan sonra TRT-də bir sıra vəzifələrdə işləyən Nadir Doğan 16 avqust 2018-ci ildə təqaüdə çıxıb və fəaliyyətini tam olaraq tarixi romanlar yazmağa həsr edib. Evli və Kuzey adlı bir uşaq atası olan yazarın bu günə kimi üç kitabı işıq üzü görüb. “Etrüskomania” adlanan dördüncü kitabı isə çapa hazırdır.
Beləliklə, müsahibəsinə “Azərbaycana ilk dəfə gəlirəm. Mən bu səyahəti təşkil edən Cihan Özdəmirə, Murat Akkoça, eyni zamanda, digər dostlarımıza təşəkkür edirəm. Xoşbəxtəm ki, romanlarımı yazdığım və xəyal etdiyim torpaqlara ayaq basdım” sözləri ilə başlayan Nadir Doğan sözügedən romanların yazılması ideyasının necə yarandığına aydınlıq gətirib: “Əslində mən yazar olmazdan öncə çox sıx şəkildə kitablar, tarixi əsərlər, romanlar oxuyurdum və hazırda da oxuyuram. Onu da deyim ki, oxuduqca, bilik və məlumatları artdıqca insan bəlli bir mərhələdən sonra bildiklərini başqaları ilə paylaşmaq ehtiyacı hiss edir. Mən də bunu hiss etdikdən sonra yazmağa qərar verdim. Düşündüm ki, əldə etdiyim məlumatların bir formada gün üzünə çıxması lazımdır. Buna təkan verən isə oğlum oldu. O mənada ki, bəzən bildiklərini danışırsan, axıra qədər dinləmək istəmirlər. Buna görə də qərara gəldim ki, bunu roman dili ilə çatdırım. Yəni mən türklərin tarixinin bəzi dövrlərini, xüsusilə Xəzər türkləri ilə bağlı tarixi hadisələri roman dili ilə yazdım ki, hər kəs, həm böyüklər, həm də uşaqlar üçün oxunaqlı olsun”.
Nadir Doğan bildirib ki, oxucuların “Kuzey üçləməsi”nə daxil olan bu kitablara olan marağı, həmçinin yeni-yeni tarixi faktların əldə edilməsi dördüncü - “Etrüskomania” adlı romanın yazılmasına təkan verib. Artıq həmin roman kitab halında çapa hazırdır: “Bu kitab bir ay ərzində işıq üzü görəcək. Amma bu da son deyil. Durmaq fikrim yoxdur. Yola davam”.
“Bu üç kitab əsasən Xəzər türklərindən bəhs edir və bu gün Xəzərin sahilindəsiniz. Bəs, gələcəkdə yenidən Azərbaycana gəlmək və bu istiqamətdə araşdırmanı davam etdirmək fikriniz varmı” sualına cavabında isə Nadir Doğan deyib ki, yenidən bura qayıtmaq fikri var: “Murat Akkoç məni Bakıya dəvət edəndə çox həyəcanlandım. Çünki mən bu kitabları Xəzər türklərinin vətənini görmədən yazmışdım. Bu kitabları yazdıqca düşünürdüm ki, görəsən, nə zamansa bu qədim, gözəl məmləkəti görə biləcəyəmmi? Hər zaman Xəzərin sahilində olmağı arzulayırdım. Yəni burada olmaq mənim üçün çox önəmliydi. Həm burada qardaşlarımı ziyarət etdim, Azərbaycan kimi qüdrətli bir dövlətə səfər etdim, həm də bizim keçmiş, şərəfli tariximizin göz bəbəyi olan Xəzəri gördüm. Çünki türklər tarixin hər bir dönəmində Xəzərin çevrəsində olublar. Xəzər dənizi bizlər - türklər üçün xüsusi önəm daşıyır. Konkret olaraq sualınıza gəlincə, deyim ki, xəzərlərlə, Xəzər türkləri ilə bağlı bir tarixi sənədli film çəkmək istəyirəm. Qismət olarsa, o filmi çəkmək üçün yenidən bura gələcəm”.
Müsahibimiz bildirib ki, türklərin tarixinin uşaqlara daha dərindən aşılanması üçün gələcəkdə uşaqlar üçün tarixi sənədli filmlərin çəkilməsini də planlaşdırır: “Biz gerçək tariximizin hardan və nə vaxt başladığını uşaqlarımıza anlatmalıyıq. İndi deyirlər türklər Anadoluya 1070-də gəldilər. Amma gerçəklik başqadır. Abbasilər dönəmində bizim ordularımız buralarda idi. İndi Suriya deyilən torpaqlar Atabəylərin torpaqları idi. Bütün bu torpaqların hamısı qədimlərdən atalarımızın at sürdüyü, yaşadığı torpaqlardır. Macarıstanda da yenə türklər var, olub. İtil-bulqarda da yenə bizik, biz türklər. Azərbaycan torpaqlarında yenə sənsən, mənəm, bizik. Bu gün Ermənistan deyilən coğrafiyanın adı belə türkcədir. O torpaqlar da tarix boyu türklərin at çapdığı, qılınc oynatdığı, ov ovladığı, yaşadığı torpaqlardır. Bunu Musa Kalankatuklu da Alban tarixində izah edir. Yəni bunu biz demirik, qədim tarixçilər deyirlər. Buralar qədim türk yurdlarıdır, buralar biz türklərin tarixi coğrafiyasıdır”.
Müsahibəsində vacib bir məqama da toxunan Nadir Doğanın sözlərinə görə, Hind-Avropa xalqlarının tarixini araşdıran qrup hər zaman çalışıb ki, Avrasiyada mədəniyyətlə bağlı nə varsa hamısına sahib çıxsınlar: “Özlərinin adına çıxa bilməyəndə isə “irani” deyib keçirlər. Yəni məqsədləri odur ki, kimin olursa olsun, türkün olmasın. Türk-Monqol imperatorluğunu, Çingizxanın qurduğu imperatorluğu belə türkün adını çəkmədən “monqol imperatorluğu” deyə təqdim edirlər. Halbuki həmin vaxt monqollar yerli əhalinin cəmi 10 faizini təşkil ediblər. Dövlətin bütün sərkərdələri uyğur olub. Yəni türklərin idarə etdiyi bir imperatorluq olub. Bir sözlə, kimin nə istəməsinə baxmayaraq, ortada gerçək tarix var. Və o tarix türklərin nəyə qadir olduqlarını bir daha sübut edir. Buna görə də qəzetiniz vasitəsilə deyirəm ki, türk uşaqları şanlı keçmişimizi bilsinlər və unutmasınlar”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

