Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Paytaxtın uşaq bağçalarında sanitar-epidemioloji vəziyyət araşdırılıb

Paytaxtın uşaq bağçalarında sanitar-epidemioloji vəziyyət araşdırılıb

30.11.2019 [10:03]

Artıq iki aydan çoxdur ki, Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin öyrənilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlamalar aparılır.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, qeyd edilən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində geniş tərkibli seminar-müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Məktəbəqədər Təhsil Müəssisələrinə göstərilən diqqət və qayğıdan danışıb, Bakı şəhərində tikilən və əsaslı təmir olunan uşaq bağçaları barədə məlumat verib.
Daha sonra müşavirədə uşaq bağçalarında sanitar-epidemioloji vəziyyət və bununla bağlı aparılan araşdırmalar müzakirə edilib.
Komissiyanın apardığı yoxlamalar nəticəsində uşaq bağçalarında sanitar-epidemioloji vəziyyətin əvvəlki illərlə müqayisədə daha qənaətbəxş olması müəyyən edilib, lakin bununla yanaşı, bəzi bağçalarda müəyyən nöqsanlar aşkarlanıb. Müşavirədə aşkar edilmiş nöqsanlar, onların aradan qaldırılması yolları geniş müzakirə edilib. Keçirilən seminar-müşavirədə bağçalarda sanitar epidemioloji vəziyyətin lazımi səviyyədə saxlanılması ilə əlaqədar mütəxəssislər və tibb işçiləri tərəfindən ətraflı izahat verilib.
Toplantıda aşkarlanmış nöqsanlarla əlaqədar məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə vəziyyətin qısa müddətdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib və məsələ nəzarətə götürülüb.
Müşavirədə, həmçinin bağçalara elektron qəbula keçidlə bağlı məlumat verilib. Bildirilib ki, bu istiqamətdə işlər başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq, sonradan isə digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq.

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31