Lənkəranda media nümayəndələri üçün gömrük islahatları mövzusunda təlim keçirilib
03.12.2019 [09:43]
Lənkəran şəhərində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər” mövzusunda üçgünlük təlim keçirilib.
Təlimin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov gömrük sahəsində həyata keçirilən islahatların, tətbiq edilən yeniliklərin ictimaiyyətə çatdırılmasında medianın mühüm rol oynadığını vurğulayıb, son illər gömrük-media münasibətlərinin daha da inkişafının gömrük işinin səmərəli təşkilinə münbit şərait yaratdığını bildirib.
Gömrük-media əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində jurnalistlər üçün artıq 4-cü təlimin təşkil edildiyini bildirən idarə rəisi son illər gömrüklə bağlı məlumatların ölkənin aparıcı kütləvi informasiya vasitələrində daha düzgün və peşəkarlıqla hazırlandığını qeyd edib.
Sonra Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyasının Azərbaycanı qısa müddət ərzində nüfuzlu dövlətə çevirdiyini, Ulu Öndərin ideyalarının sadiq daşıyıcısı Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin, bütün sahələrdə, o cümlədən gömrük sistemində reallaşdırılan elmi əsaslara söykənən innovativ islahatlar sayəsində ölkəmizin iqtisadi qüdrətini daha da artırdığını bildirib.
Komitə sədrinin birinci müavini qeyd edib ki, bütün dövrlərdə dövlətimizin qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşdırılmasına hesablanan bu siyasətin uğurla reallaşdırılmasında Azərbaycan mediasının da əvəzsiz rolu var. Jurnalistikamızın səmərəli, dövlətçilik ənənələrinin qorunmasına söykənən bu fəaliyyətinin hər zaman Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini deyən İsmayıl Hüseynov son illər gömrük orqanlarında aparılan islahatların, tətbiq edilən yeniliklərin geniş ictimaiyyətə çatdırılmasında medianın müstəsna xidmətindən bəhs edib.
İsmayıl Hüseynov vurğulayıb ki, gömrük orqanları hər zaman gömrük-media münasibətlərinin inkişafına, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə səy göstərir. “Gömrük işinin səmərəli təşkili məqsədilə həyata keçirilən fəaliyyətin düzgün, peşəkarlıqla cəmiyyətə, sıravi insanlara çatdırılmasında mediamızın rolu danılmazdır”, - deyə İsmayıl Hüseynov əlavə edib.
Komitə sədrinin birinci müavini islahatlar prosesində Azərbaycan gömrüyünün medianın dəstəyinə arxalandığını, milli mətbuatımızın da bu dəstəyi əsirgəmədiyini, peşəkar reportajların, dolğun məlumatların hesabına gömrük xidməti ilə xalq arasında körpü rolu oynadığını xüsusi olaraq vurğulayıb.
İsmayıl Hüseynov çıxışının sonunda gömrük-media münasibətlərinin daha da inkişaf etdirilməsi, gömrük sistemində tətbiq edilən yeniliklərin ictimaiyyətə çatdırılması baxımından hazırkı təlimin də faydalı olacağına, qarşılıqlı əməkdaşlığın daha da gücləndiriləcəyinə əminliyini ifadə edərək kütləvi informasiya vasitələrinin nümayəndələrinə uğurlar arzulayıb.
Daha sonra Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Ekspress diaqnostik tədqiqatlar bölməsinin rəisi Əli Abbasov “Mərkəzi Gömrük Laboratoriyası: təyinatı, fəaliyyəti”, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin müavini Azər Abasov “İslahatlar çərçivəsində informasiya texnologiyalarının gömrük sistemində tətbiqinin vəziyyəti” və “Elektron növbə” layihəsi, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi Faiq Orucov və həmin idarənin Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru Fuad Məmmədov “Fiskal siyasətin həyata keçirilməsində gömrük orqanlarının rolu və əldə olunan nailiyyətlər” mövzusunda təqdimatlarla çıxış ediblər.
Təlimin 2-ci günündə kütləvi informasiya vasitələri nümayəndələrinin Cənub Ərazi Baş Gömrük İdarəsinin İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara gömrük postuna səfəri təşkil olunub.
Məqsəd media nümayəndələrinə gömrük sistemində aparılan islahatları, əldə edilən nəticələri əyani şəkildə nümayiş etdirmək olub.
Səfər zamanı media nümayəndələri ixrac və idxal gömrük nəzarət xəttində həyata keçirilən əməliyyatları izləyib, sərnişin keçid xətlərində gömrük nəzarətinin təşkili prosesi ilə tanış olublar.
Astara gömrük postunun rəisi Habil Mehdiyev jurnalistlərə məlumat verib ki, gün ərzində 8 minə qədər sərnişin və 300-dən artıq yük nəqliyyat vasitəsinin, eyni zamanda, 50-yə qədər yüngül minik nəqliyyat vasitəsinin bu gömrük postu vasitəsilə keçidi təmin olunur.
Gömrük sistemində kadr və struktur islahatları hesabına dinamik idarəçilik mexanizminin tətbiq olunduğunu bildirən Habil Mehdiyev artıq sərhədkeçmə proseslərində intensivliyin təmin olunduğunu, vətəndaş-məmur münasibətlərinin minimuma endirildiyini, vaxt və vəsait itkisinin aradan qaldırıldığını diqqətə çatdırıb.
Eyni zamanda, media nümayəndələrinə müvəqqəti saxlanc anbarlarının təyinatı, bu anbarlarda malların saxlanılması qaydaları, mobil gömrük nəzarətinin tətbiqi, “Yaşıl dəhliz” buraxılış sistemi ilə malların və nəqliyyat vasitələrinin hərəkəti və qeydiyyatı ilə bağlı məlumat verilib.
Günün ikinci yarısında isə təlim çərçivəsində təqdimatlar nümayiş etdirilib.
DGK Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı “İslahatlar prosesindən sonra qaçaqmalçılıqla mübarizə fəaliyyətində baş verən dəyişikliklər”, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin böyük inspektoru Elmin Allahverdiyev “İslahatlar prosesində gömrük nəzarətinin təkmilləşdirilməsi və ticarətin asanlaşdırılması ilə bağlı tətbiq edilən yeniliklər”, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Operativ araşdırmalar şöbəsinin böyük inspektoru Orxan Vahabov “Gömrük sistemində həyata keçirilən şəffaflıq fəaliyyəti çərçivəsində bəyanetmə prosesində meydana çıxan problemlər, onların həlli yolları”, Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə “İslahatlar çərçivəsində gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən tədbirlər və bu tədbirlərin sərhədkeçmə prosesindəki rolu” mövzusunda təqdimatla çıxış ediblər.
Təlimin sonuncu günündə çıxış edən komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov təlimin jurnalistlərin gömrük işinin təşkili sahəsində biliklərinin artırılmasında, gömrük-media münasibətlərinin səmərəli şəkildə qurulmasında əhəmiyyətli rola malik olduğunu bildirib. İdarə rəisi daha sonra təlim müddətində aktiv iştirak etdikləri üçün jurnalistlərə təşəkkürünü bildirib və gömrük-media əməkdaşlığının bundan sonra daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Təlimin sonunda əldə edilən biliklərin qiymətləndirilməsi aparılıb və fərqlənən jurnalistlər mükafatlandırılıb. Media nümayəndələrinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

