/ / Azərbaycanda dövlət-din münasibətlərinin, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm əhəmiyyət verilir
Azərbaycanda dövlət-din münasibətlərinin, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm əhəmiyyət verilir
06.12.2019 [09:37]
Ölkəmizdə müvafiq qurumlar tərəfindən təşkil edilən tədbirlər də milli-mənəvi, tolerant və multikultural dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, sülh və qarşılıqlı anlaşmanın təmin olunmasına xidmət edir
Müasir dövrümüzdə dünyanın bəzi regionlarında fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə qızışdırılması bu cür toqquşmaları daha da dərinləşdirir. Azərbaycanda isə əsrlərdən gələn ənənələrin davamı olaraq qarşılıqlı hörmət mühitində multikulturalizm, tolerantlıq, sabitlik, təhlükəsizlik və insan hüquqlarının müdafiəsi təmin edilib. Bu da öz növbəsində Azərbaycanın demokratik, tərəqqipərvər və humanist ənənələri, multikultural dəyərləri yaşadan ölkə kimi tanınmasına şərait yaradır.
Azərbaycanda multikulturalizmin tarixi ənənələri var
Bu baxımdan, yüksək beynəlxalq nüfuza malik Azərbaycan dünyaya spesifik və mütərəqqi inkişaf modeli təqdim edib. Bu model konseptual əsaslara söykənir, ölkəmizdə bütün sahələrin paralel inkişafını təmin etməklə Azərbaycanın milli gücünün artmasını şərtləndirir. Bununla yanaşı, Azərbaycanı beynəlxalq müstəvidə fərqləndirən səciyyəvi xüsusiyyətlərdən biri də ölkəmizdə multikultural və tolerant cəmiyyətin mövcud olması, eləcə də milli-mənəvi dəyərlərin qorunmasıdır.
Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti tərəfindən milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində ardıcıl, genişmiqyaslı işlər davam etdirilir. Ölkəmizdə etnik və dini zəmində sabitliyin hökm sürməsi, fərqli etnik mənsubiyyətə və dini dünyagörüşünə sahib olan insanların əmin-amanlıq və sülh şəraitində yaşaması tərəqqipərvər mərkəzlər tərəfindən də müsbət hal kimi dəyərləndirilir. Təsadüfi deyil ki, müasir siyasi, mənəvi və ideoloji çağırışları nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da dünyaya mühüm mesaj olmaqla yanaşı, xalqımıza xas olan yüksək mənəvi keyfiyyətlərin - ali dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyətə malik oldu. Dünya ictimaiyyətinə bir daha bəlli oldu ki, Azərbaycanda multikulturalizmin tarixi ənənələri var, çünki bütövlükdə götürdükdə Azərbaycan coğrafiyası mövcud səmavi dinlərin hamısı ilə təmasda olub.
Azərbaycan beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edərək dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına töhfələr verir
Müasir dövrdə beynəlxalq münasibətlər sisteminə təsir edən başlıca amillərdən biri sivilizasiyalararası dialoqdur. Bunun üçün isə dinlərarası dialoq platformalarının yaradılması xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin sərhədlərindən kənarda keçirilən beynəlxalq konfranslar və müxtəlif tədbirlər vasitəsilə milli-mənəvi, tolerant və multikultural dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılması sülh və qarşılıqlı anlaşmanın təmin olunmasına xidmət edən mühüm addımlardandır. Belə ki, tolerantlıq nümunəsi, beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan, dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycanın həm müxtəlif tədbirlərə ev sahibliyi etməsi, həm də dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etməsi mədəniyyətlərarası dialoqun genişləndirilməsinə, bu istiqamətlərdə səmərəli fikir mübadiləsinin aparılması və işbirliyinin gücləndirilməsinə mühüm töhfələr verir.
Bununla yanaşı, Azərbaycanın beynəlxalq müstəvidə təbliğ etdiyi dəyərlər özündə sülhü, sabitliyi, dialoq və tərəqqini ehtiva edir. Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, bu kontekstdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Son illərdə Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlərin məhz Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.
Hazırda Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda keçirilən tədbirlər sayəsində İslam həmrəyliyi, tolerantlıq, multikulturalizm ideyaları beynəlxalq müstəvidə mədəniyyətlər və dinlərarası dialoq platformasının yaranmasına mühüm töhfələr verib. Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təşkil edilən tədbirlər də milli-mənəvi, tolerant və multikultural dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, sülh və qarşılıqlı anlaşmanın təmin olunmasına xidmət edir.
Ölkəmizdə milli-mənəvi dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına xüsusi önəm verilir
Yuxarıda qeyd edilənlərlə yanaşı, vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin, o cümlədən 2019-cu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi və bu sammit çərçivəsində ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsi mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbirin dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə şübhə yoxdur.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, həmçinin “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlər ölkəmizin və xalqımızın dünyada olduğu kimi tanıdılmasında mühüm amillərdəndir. Dünya dini liderlərinin 2010-cu ilin aprelində keçirilmiş I Bakı Sammiti tolerantlıq prinsiplərini prioritet elan etmiş ölkəmizin bu istiqamətdə siyasətinin nümayişi üçün bir platformaya çevrilib. Bu kontekstdə Dünya dini liderlərinin II Bakı Sammiti birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan olub.
Dünya dini liderlərinin II Bakı Sammitində “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılıb.
Sammitdəki nitqində Azərbaycan Prezidenti İlham Əliyev bu beynəlxalq tədbirin əhəmiyyətini qeyd edərək ölkəmizin bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi etməsini dinlərarası dialoqun inkişafında ölkəmizin önəmli rolu ilə əlaqələndirib: “Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar”.
Azərbaycanın multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biri olduğunu vurğulayan dövlət başçısı İlham Əliyev beynəlxalq təşkilatların, dünya dini liderlərinin Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdiklərini nəzərə çatdırıb: “Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, yəni, bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir”.
Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə töhfə verdiyi Sammitdə müxtəlif mövzular ətrafında önəmli müzakirələrdən sonra yekunda Bakı Bəyannaməsi qəbul olunub. Bəyannamədə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi vurğulanıb.
Bu məqamda onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin II Bakı Sammitinin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarları, habelə II Bakı Sammitində iştirakı və dərinməzmunlu çıxışı dünya dövlətlərinin başçıları və ali dini liderləri tərəfindən də çox müsbət dəyərləndirilir.
Bu baxımdan, Prezidentin Sərəncamına uyğun olaraq, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında da keçirilməsini yüksək qiymətləndirmək olar.
Qaşqay ZİYƏDDİNOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

