/ / Bakıda dövlət qulluğunda insan resurslarının idarə olunması mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda dövlət qulluğunda insan resurslarının idarə olunması mövzusunda beynəlxalq konfrans keçirilir
06.12.2019 [09:46]
Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğunda insan resurslarının idarə olunması: beynəlxalq trendlər və milli təcrübələr” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
Dövlət qulluğunda insan resurslarının idarə edilməsi sahəsində qlobal trendlərin müzakirəsinə həsr olunan konfransın məqsədi Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə yönələn elmi-nəzəri tövsiyələrin işlənib hazırlanmasıdır.
Konfransda akademik Urxan Ələkbərov “Davamlı inkişaf və inklüziv cəmiyyətin formalaşması insan resurslarının optimal idarə olunması indikatoru kimi” mövzusunda məruzə ilə çıxış edib.
Akademik ölkəmizin iqtisadi, sosial və humanitar sahələrdə uğurlu inkişaf etdiyini, müstəqilliyimizin hər yeni ilində nailiyyətlərinin artdığını diqqətə çatdırıb. Rektor əldə olunan nailiyyətlərin əsasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən innovativ dövlət idarəçiliyi strategiyasının dayandığını xüsusi vurğulayıb.
Rektor bildirib ki, Azərbaycan 2018-ci ildə bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran ölkədir.
Ötən il Davos İqtisadi Forumunda dünya ölkələrində davamlı inklüziv inkişafla bağlı vəziyyətin təhlilinə diqqət çəkən U.Ələkbərov bildirilib ki, həmin təhlil əsasında hazırlanan hesabata görə, Azərbaycan inklüziv cəmiyyətin formalaşdırılması və bu prosesin davamlılığının təmin olunması sahəsində əhəmiyyətli uğurlar qazanıb. Belə ki, ölkəmizin inklüziv inkişaf indeksi 4,69 faiz təşkil edib. Həmin göstərici ilə Azərbaycan bir çox dövlətləri, o cümlədən yüksək inkişaf səviyyəsinə malik ölkələri geridə qoyub.
Urxan Ələkbərov məruzəsində inklüziv inkişaf göstəriciləri Azərbaycandan aşağı olan ölkələr arasında ABŞ, Yaponiya, İsrail, İtaliya, İspaniya, Türkiyə, Portuqaliya, Yunanıstanın olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanın iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələri geridə qoyması ölkəmizin iqtisadi potensialının hərtərəfli artımı və bu inkişafdan əhalinin rifah halının yüksəldilməsi üçün səmərəli istifadə olunmasının beynəlxalq səviyyədə təsdiqidir.
Rektor inklüziv inkişaf sahəsində ölkəmizin yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətinin olduğunu vurğulayıb. Bildirib ki, Birinci vitse-prezidentin insan potensialının inkişafı, inkişaf proseslərinin inklüzivliyinin təminatı sahəsində təşəbbüsləri, onun rəhbərliyi ilə həyata keçirilən iqtisadi, sosial, humanitar və mədəni layihələr Azərbaycanın sosial indikatorlarının yüksək qalmasına, həmçinin gələcək sosial tərəqqiyə imkan yaradıb.
Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TİKA-nın Bakı nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki və başqaları dayanıqlı inklüziv inkişaf və dövlət qulluğunda insan resurslarının idarə olunması ilə bağlı maraqlı fikirlər səsləndiriblər.
Dekabrın 6-da konfrans “Davamlı inklüziv inkişaf dövlət idarəçiliyində qlobal prioritet kimi” və “Dövlət qulluğunda innovasiyalar: qlobal trendlər, alətlər və mexanizmlər” mövzusunda müzakirələrlə işinə yekun vuracaq.
Xəbər lenti
Hamısına baxDünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33

