/ / Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
12.12.2019 [09:35]
Dekabrın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətindən, Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışıb.
Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır. Ümummilli Lider Heydər Əliyev ölkənin və xalqın taleyində, uğurlar qazanmasında təhsilin rolunu və əhəmiyyətini hər zaman yüksək qiymətləndirib. Azərbaycan təhsilinin hərtərəfli inkişafı da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Rektor qeyd edib ki, bu gün respublikamızda elm və təhsil sahəsində əldə olunan uğurlar, savadlı kadrların yetişməsi məhz Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanda bütün sahələrdə əldə olunan uğurlardan danışıb.
Qeyd edilib ki, Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra xalqımızı düşdüyü bəlalardan xilas edib, iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradıb, elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayıb.
Vurğulanıb ki, Ümummilli Liderin təhsil sahəsində apardığı islahatlarının əsas məqsədi dünya təhsil sisteminin standartlarına uyğun kadr hazırlığına nail olmaq idi. Azərbaycanın bugünkü kadr potensialının təməlində Ulu Öndərin apardığı milli quruculuq işləri dayanır. Ömrünü Azərbaycanın inkişafına, xalqımızın rifahına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin ideyaları bu gün Onun siyasi kursunun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.
Daha sonra AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin tələbəsi Amin Məmmədov Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsindən söz açaraq, gənclərin bu əvəzolunmaz və qiymətli irsdən faydalanmasının vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18

