Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur
14.12.2019 [09:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) cari ili uğurla başa vurur. Dövlət başçısının tövsiyəsi ilə BBMM, sadəcə, ölkə daxilində deyil, eyni zamanda, bir sıra xarici ölkələrdə də Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, habelə mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, “dəyirmi masa”lar, seminarlar, təqdimatlar, görüşlər həyata keçirib. Tədbirlərdə Azərbaycandakı etnik qruplar, onların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə də multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib, müzakirələr aparılıb.
2019-cu il ərzində ölkə daxilində gerçəkləşən 40-a yaxın yerli və beynəlxalq əhəmiyyətli tədbir içərisində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Multikulturalizm Mərkəzinin 5 illiyinə həsr edilmiş yubiley mərasimi, “Holokost və Xocalı - müasirlərin gözü ilə” adlı “dəyirmi masa”, “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “1918-ci il mart soyqırımı və yəhudilər” mövzusunda II Beynəlxalq konfrans, V Ümumdünya mədəniyyətlərarası dialoq forumu çərçivəsində “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda beynəlxalq “dəyirmi masa”, “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı dünya gənclərinin I Forumu, eləcə də “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda II beynəlxalq elmi konfransı xüsusi qeyd etmək lazımdır.
Xarici ölkələrdə isə ABŞ-ın Arizona ştatında baş tutan “Multikulturalizm harmoniya və sülhün açarı” adlı beynəlxalq konfrans, Los-Anceles şəhərində “Azərbaycan multikulturalizm modeli”nə həsr olunmuş “dəyirmi masa”, Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə Parisdə keçirilən beynəlxalq tədbir, Almaniyanın Pirna və Drezden Universitetlərində “Cənubi Qafqazda almanların məskunlaşması”, Mərakeş Krallığının İbn Zöhr və Cadi Ayyad Universitetlərində isə “Azərbaycanda dini, etnik, dil müxtəlifliyi və tolerantlıq”, “Azərbaycan multikulturalizm modeli dünya ölkələrinə nümunə kimi” mövzularında təqdim edilən mühazirələr, Ümumukrayna esse müsabiqəsi, Braziliya, Argentina və Uruqvayın ali təhsil ocaqlarında təşkil olunmuş silsilə multikulturalizm seminarları və digər bu qəbildən olan tədbirlər geniş rezonans doğurmuşdu. Bundan başqa, 2019-cu ildə Mərkəzin 9-cu nümayəndəliyi Rumıniyada açılmışdır. Bütün nümayəndəliklərdə ölkəmizlə bağlı əlamətdar günlər xüsusi tədbirlərlə qeyd edilmişdir.
Ənənəvi olaraq, hər il həyata keçirilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərində bu il müxtəlif ölkələrdən, eləcə də Azərbaycandan 200 nəfərədək gənc iştirak etmişdir. Artıq IX dəfə təşkil olunan Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərinə bir sıra beynəlxalq qurumlar və fondlar da həmtəşkilatçı kimi qoşulmuşdur.
Cari ildə Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti qrant müsabiqəsi üçün əməkdalığı çərçivəsində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunmuş və müsabiqə elan edilmişdir.
BBMM-in 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 21 aparıcı universitetində Azərbaycan multikulturalizmi fənninin tədrisi davam etmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə 2019-2020-ci tədris ilindən etibarən, ölkəmizin bütün universitetlərində və bütün ixtisaslar üzrə “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunmağa başlanmışdır. Bu ilin sentyabrında fənni tədris edəcək müəllimlər üçün treninqlər təşkil edilmişdir. Eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə hazırladığı “Multikulturalizmə giriş” dərsliyi ictimaiyyətə təqdim olunmuşdur.
Cari ildə də Multikulturalizm Mərkəzi multikulturalizm sahəsində aparılan araşdırmaların, eləcə də bu istiqamətdə təşkil olunan yerli və xarici konfrans materiallarının nəşrini həyata keçirmişdir. Fransız, italyan və ispan dillərinə tərcümə edilərək nəşr olunmuş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Multikulturalizmin Azərbaycan modeli haqqında”, BBMM-in Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təqdim etdiyi ingilis dilində hazırlanmış “Azərbaycan Multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi”, Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş “Qafqaz Albaniyasının etno-mədəni irsi” adlı kitablar, habelə ali məktəblər üçün rus dilində “Azərbaycan multikulturalizmi” adlı dərs vəsaiti də 2019-cu ildə işıq üzü görmüşdür. Azərbaycan, rus və ingilis dillərində təqdim olunan “Multikulturalizm” jurnalının nəşri cari ildə də davam etdirilmişdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu il ərzindəki fəaliyyəti, layihələr çərçivəsində həyata keçirdiyi tədbirlər müntəzəm olaraq, yerli telekanallar tərəfindən işıqlandırılmışdır. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), eləcə də yerli mətbuat orqanları və onların internet səhifələrində BBMM-in ölkə daxilində, habelə xaricdə keçirilən bütün tədbirləri haqda məlumatlar davamlı olaraq dərc edilərək yayılmışdır.
2018-ci ilin oktyabr ayından etibarən yayımlanan və BBMM-in Azərbaycan Televiziyası ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişi 2019-cu ildə davam etmişdir. Ayda iki dəfə olmaqla il ərzində 20 televiziya verilişi hazırlanaraq efirə verilmişdir. Verilişlərdə BBMM-in fəaliyyəti - görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapmışdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu il ərzində fəaliyyəti barədə bütün informasiya məlumatları Mərkəzin 3 dildə - Azərbaycan, rus və ingilis dillərində yayılan http://multikulturalizm.gov.az rəsmi saytında, eləcə də rəsmi facebook, Twitter və Youtube səhifəsində yerləşdirilmişdir.
Billurə Aslanqızı
BBMM-in aparıcı məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

