/ / Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
23.01.2020 [11:22]
Yanvarın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə meneceri xanım Olga Avdeyeva ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Ermənistanın davam edən işğalçılıq siyasəti nəticəsində 1 milyon 200 mindən çox azərbaycanlının öz doğma yurdundan didərgin düşməsi, qaçqınlıq və məcburi köçkünlük problemi ilə əlaqədar ölkəmizin üzləşdiyi çətinliklər, bunların aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, həmçinin beynəlxalq təşkilatların dəstəyi barədə qonaqlara ətraflı məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məsələlərin həllinə qayğı və həssaslıqla yanaşır.
Diqqətə çatdırılıb ki, qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunması, onların keyfiyyətli tibbi xidmətə olan tələbatının ödənilməsi üçün zəruri iş aparılır. Vaxtilə yoluxucu xəstəliklərin geniş yayıldığı çadırlardan, dəmir yolu vaqonlarından ibarət müvəqqəti düşərgələr çoxdan ləğv edilib. Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə həkim məntəqələri, apteklər fəaliyyət göstərir. Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün tibbi aksiyalar təşkil edir.
Bununla belə, daha təsirli və əhatəli tədbirlərin həyata keçirilməsində beynəlxalq təşkilatların dəstəyinin də böyük əhəmiyyəti ola bilər. Bu baxımdan, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun ölkəmizdə gerçəkləşdirdiyi layihələrdə qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyətinin nəzərə alınması məqsədəuyğun olardı. Fondun bu sahədəki fəaliyyətinə Dövlət Komitəsinin də dəstək verməyə hazır olduğu vurğulanıb.
Olga Avdeyeva Qlobal Fondun məqsəd və vəzifələri, qarşıdakı dövr ərzində müəyyənləşdirdiyi istiqamətlər, görəcəyi işlər haqqında məlumat verib. Bildirib ki, Qlobal Fond vərəm və malyariya, həmçinin peyvəndlə qarşısı alına bilən xəstəliklərlə mübarizə məqsədilə 2002-ci ildə yaradılıb, Azərbaycan da daxil olmaqla dünyanın 140 ölkəsində fəaliyyət göstərir, üç yoluxucu xəstəliklə mübarizə aparır və sağlamlıq üçün möhkəm, davamlı sistem qurur. Fond QİÇS, vərəm və malyariya ilə mübarizəyə ildə 4 milyard dollar vəsait ayırır, yarandığı vaxtdan 27 milyon insanın həyatını xilas edib.
Fond Azərbaycanla əlaqələr xüsusi əhəmiyyət verdiyini qeyd edən O.Avdeyeva bu beynəlxalq təşkilatın donorları arasında ölkəmizin mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan dövləti Fondun fəaliyyətinə əhəmiyyətli töhfələr verir. Bu Fondun bütün fəaliyyəti dövründə aldığı ən iri məbləğdə ianədir. Bəşəriyyətin sağlamlığının qorunmasına verdiyi belə mühüm töhfəyə görə Azərbaycan dövlətinə və onun rəhbərinə dərin minnətdarlıq ifadə edilib. Həmçinin məlumat verilib ki, Qlobal Fondun İdarə Heyətinin 2020-2022-ci illərdə maliyyələşdirmə ilə bağlı qərarına əsasən, Azərbaycana QİÇS, vərəm və malyariya üçün dayanıqlı və davamlı sistemlər (RSSH) yaradılmasına 17 milyon ABŞ dollarından artıq vəsait ayrılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 15:08
YAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01

