Jurnalistlər İmişli Şəkər zavodunda olublar
29.01.2020 [12:28]
Ölkənin aparıcı KİV nümayəndələri üçün regionun ən böyük şəkər istehsalat müəssisəsi olan və Azərbaycanın qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan İmişli Şəkər Zavoduna media tur təşkil edilib. Media turun keçirilməsində əsas məqsəd jurnalistlər vasitəsi ilə Azərbaycan Şəkər İstehsalat Birliyinin (AŞİB) fəaliyyətinin uğurla davam etməsi, bir müddət əvvəl ixtisarlarla bağlı yayımlanmış xəbərlərin əsassız olması, zavodun istehsal prosesi, eyni zamanda burada məhsulların yüksək gigiyenik şərtlərlə istehsal edilməsi barədə ictimaiyyəti məlumatlandırmaq olub.
Mediatur zamanı bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə inşasına başlanılan və 2006-cı ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə istismara verilən müəssisə “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq insanların işlə təmin olunması və məşğulluğunun artıtırlmasında müstəsna rol oynayır. İmişli Şəkər Zavodunun fəaliyyəti ilə ölkəmizdə geniş şəkər çuğunduru sahələri əkilir ki, nəticədə on minlərlə insan bu sahədən gəlir əldə edir.
Müəssisəni ziyarət edən jurnalistləri AŞİB-nin baş direktoru Mehran Məmmədov qarşılayaraq onlara müəssisənin fəaliyyətində heç bir problemin olmadığını, İmişli Şəkər Zavodunu fəaliyyətini davam etdirdiyini və yeni texnoloji avadanlıqlarla təmin edildiyini bildirib. İxtisarlarla bağlı sualı cavablandıran müəssisə rəhbəri bu məsələnin ümumiyyətlə əvvəldən gündəmdə olmadığını söyləyib. O, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan “Azərsun Holdinq”in sosialyönümlü şirkət olduğunu və insanların işlə təmin olunmasına xüsusi həssaslıqla yanaşdığını bildirib.
Daha sonra İmişli Şəkər Zavodunun istehsalat növbə rəisi Xəyal Sərdarov media nümayəndələrinə müəssisə barədə ətraflı məlumat verib və onları istehsal prosesi ilə tanış edib. Qonaqlar əvvəlcə laboratoriyanı ziyarət edib və digər “Azərsun Holdinq” müəssisələrində olduğu kimi burada da keyfiyyətə nəzarət prosesinin yüksək səviyyədə təşkil olunduğuna şahid olublar. Onlara adıçəkilən Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozalın bu məsələdə çox tələbkar və güzəştsiz olduğu bildirilib.
Jurnalistlərə Şəkər Zavodunda istehsal zamanı heç bir kimyəvi, süni və zərərli olan kənar qatqılardan istifadə edilmədiyini vurğulayan laboratoriya rəhbəri Qabil Həsənov məhsulunun ölkə ərazisində yetişdirilən şəkər çuğundurundan hazırlandığını bildirib. Jurnalistlərin suallarını cavablandıran mütəxəssis, bəzən bazarda müxtəlif kimyəvi maddələrin əlavə edildiyi şəkər tozlarına da rast gəldiklərini qeyd edib. Həmçinin media mənsublarına laboratoriyada gündəlik 1200-1400 analizin həyata keçirildiyi və İmişli Şəkər Zavodunda istehsal edilən şəkər tozunun 5 mərhələli filtrasiyadan keçdiyi bildirilib. Bu isə şəkərin yüksək keyfiyyətli olması üçün çox vacib faktordur.
Qeyd edək ki, regionun ən böyük şəkər istehsal müəssisəsi olan zavodun illik istehsal həcmi 700 min tondur. Burada istehsal edilən məhsullar ölkədaxili tələbatı qarşılamaqla bərabər, xarici ölkələrə də ixrac edilir ki, bununla da ölkədən valyuta axınının qarşısınn alınmasına mühüm töhfə verilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39

