Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölkəmizdə sosial siyasət uğurla həyata keçirilir

Ölkəmizdə sosial siyasət uğurla həyata keçirilir

26.01.2010 [09:22]

2010-cu ildə sosial infrastrukturun daha da yaxşılaşdırılması üçün təbdirlər gücləndiriləcək
Azərbaycanda həyata keçirilən sosial siyasət son illərdə əhalinin rifah halının daha da yaxşılaşmasına təkan verib. Belə ki, sosial-iqtisadi proqramların bütün regionlarda uğurla həyata keçirilməsi, sosial infrastrukturun yüksək səviyyədə yenidən qurulması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ünvanlı yardımların göstərilməsi və bu sahədə görülən digər tədbirlər müsbət nəticələrini verməkdədir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu sosial siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət bilavasitə, vətəndaşların rifah halının yaxşılaşmasına, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsinə, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılmasına yönəlib. Təsadüfi deyil ki, ölkə rəhbərliyinin düşünülmüş siyasəti beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Bunun bir göstəricisi olaraq, Dünya Bankı Azərbaycanı 2008-ci ildə bir nömrəli islahatçı ölkə elan etdi. Təqdirəlayiq haldır ki, görülən işlər və aparılan islahatlar ötən ildə də uğurla davam etdirilib.
Dünyanı bürüyən maliyyə böhranına baxmayaraq nəzərdə tutulan bütün layihələr, eləcə də, əhalinin sosial təminatının yüksəldilməsinə istiqamətlənmiş dövlət proqramları tam şəkildə həyata keçirilib. Prezident İlham Əliyevin 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik nitqində də söylədiyi kimi, Azərbaycan 2009-cu ildə bütün çətinliklərə baxmayaraq, uğurlu inkişafı davam etdirib: “Azərbaycanda böyük abadlıq-quruculuq işləri aparılır. Böhran ilinə baxmayaraq, bütün infrastruktur layihələri icra edilir”.
Son illərdə respublikamızda həyata keçirilən sosial infrastruktur layihələri əhalinin sosial-məişət xidmətlərilə təminatını dəfələrlə yaxşılaşdırıb. Belə ki, qazpaylayıcı şəbəkələrin genişləndirilməsi bütün regionların, hətta ən ucqar kəndlərin sakinlərinin belə, təbii qazdan istifadəsini mümkün edib. Eynilə, əhalinin elektrik enerjisi ilə təminatı da demək olar ki, tam ödənilib. Bundan əlavə, yeni salınan yollar, körpülər daxili hərəkətin daha rahat, təhlükəsiz və zaman çərçivəsində tənzimlənməsini mümkün edib. Bu sıraya yeni açılan metro stansiyaları və ölkəyə gətirilən iritutumlu avtobusları da əlavə etsək, nə qədər böyük işlərin görüldüyünü təsəvvür etmək olar. Bunlarla yanaşı, hər il minlərlə ailənin daha keyfiyyətli içməli su ilə təmin olunması nəticəsində ölkəmizdə su təchizatı keyfiyyətcə Avropa standartlarına cavab verən bir səviyyəyə çatıb.
 Bundan əlavə, vətəndaşların keyfiyyətli təhsil və tibbi xidmətlə təmin olunması da hər zaman hökumətin diqqət mərkəzindədir. Belə ki, hər il yüzlərlə yeni təhsil və tibb ocaqları tikilərək istifadəyə verilir, köhnə məktəb binaları və xəstəxanalar müasir tələblərə uyğun şəkildə təmir olunur və ən yeni avadanlıqlarla təchiz olunur. Eləcə də, idman komplekslərinin, mədəniyyət mərkəzlərinin tikintisi də davam etdirilir.
Sosial siyasətin əsas istiqamətlərindən biri də işsizliklə mübarizənin gücləndirilməsidir. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində əvvəlki dövrlərdə olduğu kimi, ötən ildə də minlərlə yeni iş yerləri yaradılıb və bu proses indi də davam etdirilir. ümumilikdə, son 6 il ərzində ölkəmizdə 800 mindən çox yeni iş yeri açılıb. Göründüyü kimi, bu, kifayət qədər yüksək göstəricidir və iş yerlərinin çoxunun daimi olduğunu da nəzərə alsaq, yaxın gələcəkdə ölkəmizdə işsizlik probleminin birdəfəlik öz həllini tapacağını söyləmək olar.
Qeyd etmək lazımdır ki, Azərbaycanda yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işlər dövlətin sosial siyasətində başlıca yer tutur. Belə ki, aztəminatlı ailələrə ünvanlı sosial yardım proqramları çərçivəsində xeyli köməklik göstərilir. Xatırladaq ki, ünvanlı sosial yardımların verilməsinə bir neçə il öncə, daha dəqiq desək, 2006-cı ilin yanvar ayından başlanıb. Bu məqsədlə, dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılıb. Hazırda təqribən 150 min ailə, başqa sözlə, 700 min insan bu layihədən yararlanır. Eyni zamanda, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə vətəndaşların maaşları və təqaüdləri artırılır. Həmçinin, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı gücləndirilir. Bunun nəticəsidir ki, bu gün ölkədə heç bir çadır düşərgəsi qalmayıb. Həmin düşərgələrdə yaşayan sakinlər yeni salınan qəsəbələrdə, normal yaşayış üçün hər cür şəraitin olduğu evlərdə məskunlaşdırılıblar. Görülən işlərin nəticəsidir ki, son 5-6 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə qədər enib.
Əlbəttə, görülən işlər bundan sonra da davam etdiriləcək. Belə ki, 2010-cu ilin büdcə layihəsində sosialyönümlü xərclərin həcmi 34,4 faiz nəzərdə tutulub. Bu isə ötən ilin göstəricilərindən 1,8 faiz çoxdur. Sosial xərclər daha çox infrastruktur layihələrinin gerçəkləşməsinə, eləcə də, elm, səhiyyə, mədəniyyət və digər sahələrə yönəldiləcək. Regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında da sosial təminat məsələsinə xüsusi yer verilib. Belə ki, sənəddə şəhid ailələrinin, veteranların, əlillərin, ana və uşaqların, gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi, müavinətlərin artırılması, ümumiyyətlə, yoxsulluğun azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi öz əksini tapıb. üstəlik yeni təhsil və səhiyyə ocaqlarının tikilməsi, əhalinin reproduktiv sağlamlığının gücləndirilməsi, bölgələrdə yeni idman-olimpiya komplekslərinin inşa olunması da qarşıdakı illərdə dövlətin sosial sahədə həyata keçirəcəyi tədbirlər sırasında dayanır.
HüLYA

Paylaş:
Baxılıb: 1440 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30