/ / Türkiyədə yaşayan Azərbaycan türklərinin II qurultayına həsr olunmuş mətbuat konfransı keçirilib
Türkiyədə yaşayan Azərbaycan türklərinin II qurultayına həsr olunmuş mətbuat konfransı keçirilib
07.02.2020 [09:40]
Fevralın 6-da “Azərkitab-Kitab Mərkəzi”ndə Türkiyədə yaşayan Azərbaycan türklərinin II qurultayına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbir Çağdaş Azərbaycan Kültür Dərnəyi (ÇAKD) tərəfindən təşkil edilib.
Bir gün öncə iştirakçılar Fəxri xiyabana gələrək, xalqımızın Ulu Öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Azərbaycanın bir sıra görkəmli ictimai, siyasi və mədəniyyət xadimlərinin Fəxri xiyabandakı məzarları da ziyarət edilib.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar. Konfrans iştirakçıları Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsinin önünə də güllər düzüblər.
Tədbir hər iki ölkənin - Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə ÇAKD sədr müavini, keçmiş Qars bələdiyyə sədri Murtaza Karaçanta çıxış edərək dərnəyin yaranması və məqsədi haqqında məlumat verib. Onun sözlərinə görə, dərnək Türkiyədə yaşayan Azərbaycan türklərinin mədəniyyətinin yaşadılması, onların Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır: “Çağdaş Azərbaycan Kültür Dərnəyi 2019-cu ildə Türkiyənin İzmir şəhərində yaranıb. Baxmayaraq ki, bizim dərnəyin yaşı çox azdır, amma bu qısa müddət ərzində bir sıra tədbirlər həyata keçirmişik. Bunların arasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 20 Yanvarla bağlı tədbirləri xüsusilə qeyd etmək istəyirəm”.
M.Karaçanta 2020-ci il 31 oktyabr - 1 noyabr tarixlərində İzmirdə Türkiyədə yaşayan Azərbaycan türklərinin ikinci qurultayının keçiriləcəyini də diqqətə çatdırıb: “Bununla bağlı artıq Diasporla İş üzrə Dövlət Komitəsi ilə görüş keçirilib. Komitədən bizə dəstək veriləcəyi bildirilib”.
Azərbaycana sonsuz sevgisinin olduğunu bildirən M.Karaçanta öz xatirələrini bölüşüb: “Artıq 4 gündür ki, Bakıdayıq. Dostlarımız bizi Bakını qarış-qarış gəzdirdi. 1992-ci ildən bəri Azərbaycana gəlirəm. Hər dəfə gələndə Bakının necə dəyişdiyinin və gözəlləşdiyinin şahidi oluram. Azərbaycanı gəzməyə, sevməyə doymuram. Tam bir Azərbaycan aşiqiyəm deyə bilərəm. Burada olduğum zaman özümü evimdəki kimi hiss edirəm. Azərbaycanda göz açdıq, burada böyüdük. Vaxtilə gündüz 4-də yayımlanan Azərbaycanla bağlı radio proqramı vardı. Bütün əzizlərimizlə oturub həmin verilişi dinləyərdik. Biz o həsrətlə böyüdük. Düşünürəm ki, bu, əcdadlarımızın bizə qoyduğu ən dəyərli mirasdır”.
ÇAKD sədri Camal Məhmətxanoğlu isə Bakı ilə İzmirin 1985-ci ildə qardaşlaşmış şəhərlər elan edildiyini vurğulayıb: “Bu il bu qardaşlığın 35 ili tamam olur. Bununla əlaqədar 28 may - 5 iyun tarixlərində İzmirdə “Azərbaycan mədəniyyət günləri” keçiriləcək. Biz daha sonra İzmirlə Təbrizin də qardaşlaşmış şəhərlər elan edilməsinə çalışacağıq”.
C.Məhmətxanoğlu Türkiyədə yaşayan Azərbaycan türklərinin I qurultayının 9 il əvvəl keçirildiyini xatırladıb: “Azərbaycana ilk dəfə 90-cı illərdə qohumlarımı ziyarət etmək üçün gəlmişdim. 2011-ci ildə İzmirdə Türkiyədə yaşayan azərbaycanlıların birinci qurultayı keçirildi. Qurultayda Türkiyədə yaşayan azərbaycanlıların birliyinin təmin olunması və gücünün ortaya qoyula bilməsi, həmçinin onların dünya üzrə yaşayan həmvətənlərimizlə sıx əlaqələrinin qurulması müzakirə olundu. Qurultayın ana xəttini Anadoluda, Azərbaycanda ermənilərin son 100 ildə törətdiyi qətliamların müzakirəsi təşkil edirdi. Həmin qurultaya 400-dən çox qonaq qatılmışdı. Bildiyiniz kimi, Türkiyədə 5 milyona yaxın azərbaycanlı yaşayır. İkinci qurultayın keçirilməsində məqsədimiz isə Türkiyədə yaşayan iş, elm və mədəniyyət adamlarını birləşdirən təşkilatlar yaratmaqdır”.
Sonra Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, tədqiqatçı-alim Qafar Çaxmaqlı və digər qonaqlar çıxış ediblər.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39

