/ / Pensiyaların indeksləşdirilərək 16,6 faiz artırılması vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır
Pensiyaların indeksləşdirilərək 16,6 faiz artırılması vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır
08.02.2020 [10:53]
Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında pensiyaların növbəti artımı ölkəmizdə sığorta prinsipi ilə pensiya alan 1 milyon 120 minə yaxın insanın pensiyasına şamil olunacaq
Azərbaycan sosial dövlətdir. Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Dövlət başçısının siyasi iradəsi ilə müəyyənləşdirilən bu strateji kursa uyğun respublikamızın iqtisadi-maliyyə imkanlarının genişlənməsinə adekvat olaraq sosial sferada bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə hədəflənən ardıcıl tədbirlər həyata keçirilir.
Sosial dövlət olan Azərbaycanda həmçinin ölkə vətəndaşlarının pensiya təminatının gücləndirilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin 6 fevral 2020-ci il tarixində “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” müvafiq Sərəncam imzalaması bunu bir daha təsdiqləyir.
Pensiyaların növbəti artımına 560 milyon manat vəsait yönəldiləcək
Azərbaycan dövlətinin ardıcıllıqla həyata keçirdiyi dərinməzmunlu sosial siyasətin mühüm bir istiqamətini insanların gəlir imkanlarının artırılması təşkil edir. Belə bir mühüm faktı vurğulamaq yerinə düşər ki, son 16 ildə respublikamızda orta aylıq əməkhaqqı 11 dəfə, orta aylıq pensiya 8 dəfə, həmçinin müavinət və təqaüdlər dəfələrlə artırılıb. 2019-cu ildə dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında iki mərhələdə reallaşdırılan inqilabi xarakterli sosial islahat paketi 4,2 milyon vətəndaşı əhatə edib və onların gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması ilə nəticələnib. Ötən il reallaşdırılan sosial məzmunlu islahatlar sayəsində ölkəmizdə minimum əməkhaqqı təxminən 2 dəfə, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb, yeni təqaüd növləri təsis edilib, Prezidentin aylıq təqaüdləri ilə təminat proqramı 5 dəfəyə yaxın genişlənib.
İslahatlar çərçivəsində 2019-cu ildə əmək pensiyalarının minimum məbləğinin iki dəfə və yaxud 70 faizdən çox artırılması da təqdirəlayiq haldır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılıb. Pensiya sahəsində aparılan islahatlar nəticəsində minimum pensiyanın artımı ölkəmizi MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerə yüksəldib.
Dövlət başçısının cari il fevralın 6-da imzaladığı Sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamla 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb. Pensiyaların indeksləşdirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək və dövlət büdcəsinə əlavə yük yaratmayacaq. Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.
Rəqəmlərdən də göründüyü kimi, ölkəmizdə cari il yanvarın 1-dən etibarən pensiyaların indeksləşdirilməsi çərçivəsində pensiyaların məbləği əvvəlki illərlə müqayisədə daha böyük həcmdə artırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə açıqlamasında bu müsbət məqama xüsusi diqqət çəkib. 2019-cu ildə minimum əməkhaqqının və dövlət sektoru üzrə çalışanların əməkhaqqının artımının 1 milyon 350 min insanı əhatə etdiyini deyən S.Babayev, eyni zamanda, bu ciddi artımın ötən il ölkədə orta əməkhaqqının da əhəmiyyətli dərəcədə - 16,6 faiz artması ilə nəticələndiyini vurğulayıb. Nazirlik rəsmisi bildirib ki, bu da nəticə etibarilə ölkəmizdə 2020-ci ildə pensiyaların əvvəlki illərin müvafiq indeksləşdirmə artımları ilə müqayisədə xeyli yüksək həddə indeksləşdirilərək artırılmasına imkan verib.
Sərəncamın əhatə dairəsi də kifayət qədər genişdir. Respublikamızda ötən il reallaşdırılan pensiya islahatları 750 mindən çox pensiyaçını əhatə etdisə, dövlət başçısının bu günlərdə imzaladığı Sərəncam əsasında pensiyaların növbəti artımı indiyədək sığorta prinsipi ilə pensiya alan bütün vətəndaşların, yəni 1 milyon 120 minə yaxın insanın pensiyasına şamil olunacaq. Pensiyaların cari il yanvarın 1-dən etibarən indeksləşdirilməsinin maliyyə yükü də kifayət qədər genişdir. Əgər 2019-cu ildəki pensiya artımları illik 450 milyon manat vəsait tələb edirdisə, hazırkı artıma 560 milyon manat vəsait yönəldiləcək.
Fərdi hesablardakı pensiya kapitalı da indeksləşdirilir ki, bu da gələcəkdə təyin olunacaq pensiyaların məbləğinin artımına əsas yaradır
Məlum olduğu kimi, son illərdə respublikamızda reallaşdırılan islahatlar çərçivəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasına, əmək münasibətlərinin leqallaşdırılmasına güclü siyasi iradə göstərilir. Dövlət başçısının bu kimi məsələləri davamlı olaraq diqqət mərkəzində saxlamasının nəticəsidir ki, milli iqtisadiyyatımızda neqativ hallara qarşı mübarizə tədbirlərinin miqyası daha da genişlənib. Bunu rəqəmlər də təsdiqləyir. Qeyd edək ki, 2019-cu ildə respublikamızda 153 min əmək müqaviləsi artıb. Bunun 99 mini, yəni böyük hissəsi özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşür. Bəhs olunan Sərəncamla işləyən əhalinin fərdi hesablarındakı pensiya kapitalı da Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata uyğun olaraq, istehlak qiymətləri indeksinin 2019-cu il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilməklə yanvarın 1-dən 2,6 faiz artırılıb. Fərdi hesablardakı pensiya kapitalının indeksləşdirilməsi ciddi sosial əhəmiyyət daşıyır. Belə ki, bununla sığortaolunanlara gələcəkdə təyin olunacaq pensiyaların məbləğinin artımına real əsas yaranmış olur. S.Babayev bildirib ki, bu, əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak üçün bir stimuldur. Belə ki, əmək müqaviləsi ilə çalışanlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar. Pensiya kapitalının sığortalanması həmçinin qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır ki, onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər, pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar, beləliklə də gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar.
Mübariz
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

