ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri Dövlət Komitəsində olublar
25.02.2020 [09:25]
Fevralın 24-də Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) sədr müavinləri Qeyl Mançin, Nadin Menza və Komissiyanın Beynəlxalq hüquq üzrə mütəxəssisi Kristen Laveri, siyasi analitiki Kill Bakken Dövlət Komitəsində olublar. Görüşdə qonaqları ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solley müşayiət edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı qonaqlara Azərbaycanın dövlət-din münasibətləri modeli, dini durum haqqında ətraflı məlumat verib, multikultural dəyərlərin, dini tolerantlığın cəmiyyətimizin nümunəvi normasına çevrildiyini və bu ənənələrin Azərbaycan dövləti tərəfindən inkişaf etdirildiyini qeyd edib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri, dinlərarası harmoniya özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Hər kəsin inancına hörmətlə yanaşmaq Azərbaycan xalqının ən əsas prinsiplərindən biridir.
Respublikamızda 35-i qeyri-islam olmaqla 941 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini qurumların fəaliyyəti hərtərəfli dəstəklənir.
Eyni zamanda, görüşdə ölkəmizdəki dini vəziyyət barədə fikir mübadiləsi aparılıb, Komissiya nümayəndələrinin dini sahə ilə bağlı sualları cavablandırılıb.
Sonda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Qeyd edək ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası bütün dünyada dini azadlığı monitorinq edən müstəqil, iki partiyanın dəstəklədiyi, ABŞ hökumətinin federal hökumət komissiyasıdır.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

