Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir
27.02.2020 [09:37]
Koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur
Məlum olduğu kimi, Çin Xalq Respublikasında koronavirusun yeni növünün aşkar edilməsi, həmçinin infeksiyanın İranda da yayılması dünya ölkələrində, o cümlədən Azərbaycanda bununla bağlı addımların atılmasını zərurətə çevirib. Bu barədə bir qədər sonra. Hələlik isə qeyd edək ki, Çində koronavirusun yeni növünün səbəb olduğu xəstəlik barədə məlumat 2019-cu il dekabrın 31-də yayılıb. İndiyədək virusa yoluxanların sayı 77 min 262, ölənlərin sayı isə 2595 nəfərə çatıb.
Dünya Səhiyyə Təşkilatı Çində yaranan koronavirusun yeni növünə rəsmi olaraq COVID-2019 adını verib. Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adonom Gebreyesus bildirib ki, CO - “koronavirus”, VI - “virus” və D - “xəstəlik” deməkdir. Rəsmi adı ilə desək, COVID-2019 iyirmidən çox ölkəyə yayılıb. Baş direktor həmçinin yeni koronavirusa qarşı ilk vaksinin yaradılması müddətini də açıqlayıb. Onun sözlərinə görə, vaksin ilyarımdan sonra yaradıla bilər.
Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika, Misir, İran, Livan, İraq, İsraildə 2100-dən çox yoluxma, 23 ölüm faktı qeydə alınıb.
Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür
Beləliklə yuxarıda da vurğuladığımız kimi, koronavirusla bağlı digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qabaqlayıcı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işləri aparılır, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlər gücləndirilir.
Belə ki, Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib. Epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür. Həmin tarixdən başlayaraq bütün istiqamətlərdən Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, son günlər İran İslam Respublikasında koronavirusa yoluxma hallarının artmasına və bəzi hallarda ölümlə nəticələnməsinə dair rəsmi məlumatların yayılmasından sonra Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Bu səbəbdən, keçid prosedurlarının sürəti azalıb.
Eyni zamanda, Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib. Yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir. İran İslam Respublikasında yaranmış vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə edilir.
O da bildirilib ki, Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var.
Qeyd olunub ki, koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər. Zəruri hallarda ictimaiyyətə əlavə məlumat veriləcək.
Yeri gəlmişkən, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmamasını Dünya Səhiyyə Təşkilatı (DST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat DST-nin rəsmi internet səhifəsində və sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib. Bu barədə isə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
“İnfeksiyadan qorunmaq üçün ilk növbədə qalın tibbi maskalardan istifadə etmək, dezinfeksiyaedici maddələrin dozasını artırmaq lazımdır”
Öz növbəsində Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə Klinikasının yoluxucu xəstəliklər kafedrasının dosenti, klinikanın şöbə müdiri, həkim-infeksionist, hepatoloq, qastroenteroloq Sədrəddin Atakişizadə koronavirusun sinptomları, virusdan qorunma yolları barədə oxucularımıza ətraflı məlumat verib.
Mütəxəssis öncə koronavirusun əslində yeni bir virus olmadığını, 2002-ci ildə aşkarlandığını qeyd edib. O bildirib ki, Yaponiya, Çin, Almaniya və Amerika alimləri koronavirus infeksiyalarının digər virus infeksiyalarına oxşar kliniki əlamətlərə malik, əsasən də ağciyərlərin qısa bir müddətdə kəskin zədələnməsinə gətirib çıxardan infeksion xəstəlik olduğunu hələ o vaxt dəqiqləşdiriblər. Bu virusa qarşı mübarizəyə gəlincə, həkim-infeksionist törədicilərin ətraf mühitə çox dözümlü olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin viruslar açıq sahələrdə 2, kanalizasiya sularında 4 saat yaşamaq qabiliyyətinə malikdirlər, 56 dərəcə temperaturda, düz düşən günəş şüalarının altında, eləcə də dezinfeksiyaedici dərman maddələrinin təsirindən asanlıqla məhv olurlar.
Səhiyyə nazirinin müvafiq əmrini xatırladan S.Atakişizadə bəzi xarici ölkələrdə bu infeksiyanın əhali sıxlığı daha çox olan yerlərdə yayıldığını vurğulayıb. Eyni zamanda, kənardan gələn qida məhsullarının mənşəyini nəzərə almağı tövsiyə edən həkim xəstəliyin klinikası üzərində xüsusi dayanıb. Xəstəliyin gizli dövrünün 2-3, bəzən 7 gün, hətta daha artıq çəkdiyini deyən mütəxəssis immun qabiliyyəti yüksək olan insanlarda bu cür infeksiyalara yoluxma ehtimalının aşağı olduğunu da bildirib.
Dosent S.Atakişizadə həmin infeksiyadan qorunmaq üçün ilk növbədə, profilaktik tədbirlərin vacibliyini önə çəkərək daha qalın tibbi maskalardan istifadə etməyi, dezinfeksiyaedici maddələrin dozasını artırmağı məsləhət görüb.
“Baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahasızlıq, mədə-bağırsaq sisteminin pozulması xəstəliyin ilk simptomlarıdır”
Öz növbəsində, Yasamal Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqu Səbirə Məmmədova baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahasızlıq, mədə-bağırsaq sisteminin pozulmasının xəstəliyin ilk simptomlarından olduğunu deyib. O, belə hallarda dərhal həkimə müraciət edilməsinin vacibliyini bildirib. Virusun 60 dərəcədə, eləcə də dezinfeksiya zamanı məhv olduğunu deyən S.Məmmədova xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin (xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul etmək) mütəmadi aparılmasının önəmli olduğunu qeyd edib.
Sözügedən mərkəzin həkim epidemioloqu Kəmalə Cəlilova isə hazırda bu virusun müalicəsi üçün lazımi vaksinlərin kəşf olunmadığını bildirib. Bu virusun insandan insana keçmə xüsusiyyətinin olduğuna görə Çində və digər bir neçə ölkədə koronavirusa yoluxanların sayında kəskin artımın müşahidə olunduğunu deyən həkim epidemioloq əlavə edib ki, hazırda ölkəmizdə bu epidemiyaya yoluxma halı qeydə alınmayıb və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müvafiq göstəriş verilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41

