AMEA-nın prezidenti İtaliyanın “Sandro Teti” nəşriyyat evinin rəhbəri ilə görüşüb
04.03.2020 [09:42]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti və memar Laura Peretti ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Ramiz Mehdiyev Azərbaycanla İtaliya arasında tarixən mövcud olmuş əlaqələrdən söz açıb. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərini xatırladan akademiya rəhbəri ölkələrimiz arasında bir sıra istiqamətlərdə, o cümlədən elm sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
Sonra Sandro Teti İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evinin fəaliyyəti barədə ətraflı məlumat verib. Rəhbərlik etdiyi poliqrafiya müəssisəsinin çap məhsullarının yayıldığı dünya ölkələri, həmçinin burada nəşr olunan kitabların tematikası, yayımı, yüksək çap səviyyəsi haqqında danışan italiyalı naşir fəaliyyət sahələrinin əhəmiyyətli tərkib hissəsini əhatə edən tərcümə əsərləri barədə söz açıb. O, burada xarici ölkə müəlliflərinin nəşr edilən əsərlərinin alim-tərcüməçilər tərəfindən yüksək peşəkarlıqla tərcümə edildiyini, əsərlərin orijinala daha yaxın olduğunu xüsusi vurğulayıb. “Sandro Teti” nəşriyyatında çap olunan kitablardan nümunələri və Azərbaycanla bağlı bir sıra kitabların çap olunmamış layihə variantlarını müzakirə üçün təqdim edən italiyalı qonaq AMEA rəhbərliyinə də öz peşəkar xidmətlərini təklif edərək əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Akademik Ramiz Mehdiyev Azərbaycan elminin bir sıra istiqamətlərini əhatə edən müxtəlif səpkili kitabların bu günə qədər dünyanın bir çox dillərinə tərcümə olunaraq yayıldığını qeyd edib. İtaliyanın nəşriyyat rəhbərinin Azərbaycanla bağlı təkliflərini yüksək dəyərləndirən akademik Ramiz Mehdiyev ölkə elminin Avropada təbliğ olunmasının genişləndirilməsi məqsədilə bir sıra əsərlərin italyan dilinə tərcümə edilib yayılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə nəşriyyat işi və arxeoloji memarlıq sahəsində fikir mübadiləsi aparılıb. Sonra Azərbaycan tarixi, ədəbiyyatı və folklorunu əhatə edən bir neçə əsərin mərhələlərlə italyan dilinə tərcümə edilməsi məsələləri müzakirə olunub.
İtaliyalı naşir rəhbərlik etdiyi nəşriyyatda çap olunmuş Bertelsin “Nizami Gəncəvi” monoqrafiyasını və İmadəddin Nəsiminin italyan dilində çıxmış kitabını AMEA rəhbərliyinə təqdim edib. Ulu Öndər Heydər Əliyevin həyatı və yaradıcılığını, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, həmçinin “Kitabi-Dədə Qorqud” dastanını, o cümlədən çoxəsrlik Azərbaycan ədəbiyyatı nümunələrini əhatə edən əsərlərin İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evində peşəkar şərqşünas alimlər tərəfindən italyan dilinə tərcümə olunaraq çap edilməsi barədə ilkin razılığa gəlinib.
Görüşdə AMEA-nın birinci vitse-prezidentləri - akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

