“ASAN xidmət” Azərbaycanın intellektual məhsuludur
11.03.2020 [09:19]
Ölkəmizin bu sahədə təcrübəsi müsbət və mütərəqqi nümunə kimi digər ölkələrdə də öyrənilir
Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında müasir çağırışlara, milli maraqlara uyğun reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə edilməsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Vətəndaşların keyfiyyətli xidmətlə təmin olunması daim dövlətin diqqət mərkəzindədir
Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən faktorlardan biri məhz davamlı islahatların həyata keçirilməsi və dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasıdır. Bu kontekstdə vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi də daim dövlətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə dövlət başçısı tərəfindən Fərman və sərəncamlar imzalanır, konkret əməli tədbirlər görülür. Bu kontekstdə, heç şübhəsiz, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin rahat həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət (Azerbaijan Service and Assessment Network)” mərkəzlərinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Vurğulamaq lazımdır ki, hazırda ölkəmizdə 17 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı və Kürdəmirdədir. Həmçinin Bakıda əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir. Bu il Ağcabədi və Balakəndə “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır. Bununla yanaşı, Bakıda yeni “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin açılışı da planlaşdırılır. Həmçinin Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri tikiləcək. Bu günədək “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 37 milyona yaxındır. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 faizə yaxındır.
Bu məqamda bildirək ki, martın 4-də Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verilib. Açılış mərasimindən sonra “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşən Prezident İlham Əliyev bildirib ki, “ASAN xidmət” öz fəaliyyətini genişləndirir, həm coğrafi əhatə dairəsi genişlənir, həm də xidmətlərin sayı artır: “Biz birinci mərkəzi açarkən o vaxt xidmətlərin sayı demək olar ki, məhdud idi. Ancaq bu gün burada, Tovuz “ASAN Həyat” mərkəzində 320 xidmət göstərilir və müraciətlərin sayı getdikcə artır. Mən fevral ayında Kürdəmirdə “ASAN Həyat” mərkəzinin açılışında idim və o vaxt 36 milyon müraciət olmuşdu. Amma bu gün martın əvvəlidir və müraciətlərin sayı 37 milyona çatıb. Yəni, bir ay da keçməyib, amma müraciətlər bir milyon artıb. Siz də yaxşı bilirsiniz ki, məmnunluq əmsalı 99,4 faizdir. Hesab edirəm ki, bu, maksimum nəticədir və heç bir başqa xidmət bu qədər məmnunluq doğurmur. Nəyə görə? Çünki yenə də deyirəm, “ASAN xidmət”də bizim siyasətimiz öz əksini tapır. Vaxtilə mənim tərəfimdən verilmiş göstərişlər dəqiqliklə icra edilir”.
Ümumiyyətlə, “ASAN xidmət” mərkəzlərinin yaradılması respublikada idarəetmə sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Azərbaycana məxsus olan bu yenilik dünya miqyasında idarəetmə kontekstində mütərəqqi nümunə kimi səciyyələndirilir. Bu mərkəzlərdə vətəndaşlara ən müasir və rahat texnologiyalar əsasında yüksək keyfiyyətli xidmət göstərilir. Vətəndaş yalnız daxil olduğu bir mərkəzdən, inzibati binadan ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən faydalana bilir.
Digər tərəfdən, “ASAN xidmət”in yüksək standartlara söykənən fəaliyyəti Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə baxımından mühüm əhəmiyyətə malikdir. Xidmətin ötən zaman ərzindəki fəaliyyəti deməyə əsas verir ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunması kimi nəticələr qeydə alınıb ki, bu da bəzi hallarda yol verilən neqativ halların aradan qaldırılmasına xidmət edir. Bununla yanaşı, ötən zaman müddətindəki təcrübə göstərdi ki, yeni sistem dövlət orqanlarının fəaliyyətində, vətəndaşlara göstərilən xidmətdə qanunçuluq və şəffaflığı ən yüksək səviyyədə təmin etmək gücündədir.
Beynəlxalq təşkilatlar “ASAN”ın fəaliyyətini yüksək qiymətləndirirlər
Digər tərəfdən, innovasiyayönümlü, çoxfunksiyalı xidmət modeli olan “ASAN xidmət” digər ölkələr üçün də nümunədir. Bu, vətəndaşlara geniş spektrli sadələşdirilmiş xidmət göstərmək, onların vaxt itkisinin, eləcə də bürokratiyaya, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadəni təmin etmək və dövlət orqanlarına etimadı artırmaq istiqamətində analoqu olmayan avanqard örnəkdir. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı “Onu da bildirməliyəm ki, bizim təcrübəmiz digər ölkələrdə öyrənilir. Artıq “ASAN xidmət” “ASAN” adı altında başqa ölkələrdə də fəaliyyət göstərməyə başlayıb. Bu, bizim şərtimiz idi, çünki bu, bizim brendimiz, bizim intellektual məhsulumuzdur. Əlbəttə, biz öz təcrübəmizi istənilən ölkə ilə bölüşməyə hazırıq və bunu edirik. Əlbəttə, sevinirik ki, digər ölkələr də bizim təcrübəmizdən istifadə edirlər”, - deyə bildirib. Prezident İlham Əliyev beynəlxalq təşkilatların “ASAN”ın fəaliyyətini yüksək qiymətləndirdiklərini, BMT-nin “ASAN”ı fərqləndirdiyini, mükafat verdiyini diqqətə çatdırıb.
Bunlarla yanaşı, “ASAN” fəaliyyətini genişləndirdikcə öz funksiyalarını da artırır. Bu mərkəzlər bölgələrdə artıq ictimai mərkəzlər kimi fəaliyyət göstərirlər.
Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlayıb
Mühüm məqamlardan biri də budur ki, Azərbaycanda könüllülər hərəkatı da “ASAN xidmət”dən başlayıb. Ümumiyyətlə, ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına yüksək diqqət və qayğı göstərilməsi mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, Azərbaycanda könüllülük artıq bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərin həyat tərzinə çevrilib. Son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə on minlərlə könüllü cəlb olunub və onların əməyi yüksək qiymətləndirilib. Bütövlükdə, ölkəmizdə könüllülər hərəkatı geniş vüsət alıb, təcrübəli könüllü bazasının formalaşması müsbət nümunə və təqdirəlayiq haldır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

