"Azərsun Holdinq": Qida təminatı ilə bağlı sıxıntı olmayacaq - FOTO
21.03.2020 [17:54]
Yarandığı gündən ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində öndə gedən şirkət olan “Azərsun Holdinq”in nəzdində çalışan bütün istehsal müəssisələri, qida təminat zənciri, koronavirus infeksiyası ilə əlaqədar yaranmış vəziyyətdə fəaliyyətlərini tam qüvvə ilə davam etdirirlər.
Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, ölkə rəhbərliyinin və Ümumdünya Səhiyyə Təşkilatının bütün tələb və tövsiyələrinə ən yüksək səviyyədə riayət olunmaqla fəaliyyətin bütün sahələrində dezinfeksiya və profilaktika tədbirləri keçirilir.
İnsan sağlamlığını ən ali dəyər hesab edən Şirkətlər qrupu dünyada və Azərbaycanda tüğyan edən virusla mübarizə şəraitində bütün qüvvələri ilə səfərbərdir. 28 illik fəaliyyəti ilə ölkənin və xalqın bir parçasına çevrilən “Azərsun”un fəaliyyətə bütün qüvvəsi ilə davam etməsi qida sektorunda stabilliyin tam təmin olunması və heç bir ərzaq qıtlığının yaranmamasına şərait yaradacaq. Yaşlı əməkdaşların evdən çalışmasına şərait yaradan şirkətlər qrupunda, ofis və istehsalatda işləyən digər insanların sağlamlığının təmini və iş prosesinin davamlılığı üçün bütün zəruri addımlar atılır. Bütün müəssisələrin girişində daxil olan şəxslərin sağlamlığının yoxlanılması üçün zəruri avadanlıqlar quraşdırılıb, əməkdaşlar qoruyucu maska, əlcək və digər zəruri vasitələrlə təmin edilir. Müəssisə daxili məkanlar mütəmadi olaraq dezinfeksiya edilir. Daxil olan bütün nəqliyyat vasitələri dezinfeksiya edildikdən sonra içəri buraxılır. Bundan əlavə müəssisə daxilində 24 saat fasiləsiz olaraq tibb məntəqələri fəaliyyət göstərir, burada hər hansı əməkdaşın səhhəti ilə bağlı narahatlığı yaranarsa məsələyə həkimlər tərəfindən dərhal müdaxilə edilə bilər.
“Xalqımızın sağlamlığı hər şeydən önəmlidir. Çünki, sağlam xalq, həm də güclü dövlətin təməlidir. Əhalinin sağlamlığını hər şeydən öndə tutan “Azərsun Holdinq” də daim işinə bu prinsiplə yanaşır. Bu məsələdə, şirkətlər qrupu öz məsuliyyətini yaxşı dərk edir, virusla mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərə qoşulur, rəhbər və işçi heyəti ilə səfərbər olaraq təhlükəsizliyi təmin etmək üçün əzm göstərir. “Azərsun Holdinq” əminliklə bildirir ki, hər zaman olduğu kimi bundan sonra da yarana biləcək istənilən vəziyyətdə əhalini davamlı olaraq sağlam, ekoloji təmiz qida ilə təmin edəcək”, - holdinqin məlumatında deyilir.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52

