Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / YAP Tərtər və Ağdam rayon təşkilatlarıının gənc fəalları "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyada yaxından iştirak edirlər

YAP Tərtər və Ağdam rayon təşkilatlarıının gənc fəalları "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyada yaxından iştirak edirlər

23.03.2020 [14:25]

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə start verilən "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyada pariyanın bütün rayon və şəhər təşkilatları, o cümlədən Tərtər və Ağdam rayon təşkilatları yaxından iştirak edirlər. Partiyanın Tərtər rayon təşkilatından verilən məlumata görə, rayon təşkilatının fəal gəncləri aksiya çərçivəsində köməyə ehtiyac olan yaşlı, ahıl insanların evlərinə baş çəkiblər. Gənclər və könüllülər vətəndaşlara koronovirusdan qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırıb, xəstəlikdən qorunma üsullarını izah ediblər. Eyni zamanda YAP Ağdam rayon təşkilatının gənc könüllüləri də aksiyada fəal iştirak edirlər. Rayon təşkilatından verilən məlumata görə, partiyanın gənc könüllüləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki bir neçə tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkiblər. Gənclər yaşlı insanların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə onlara gigiyenik vasitələr çatdırıb, xəstəlikdən qorunma üsullarını izah ediblər.

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31