Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Astarada onlayn rəsm müsabiqəsi:"Evdə qalın, baharı evinizə gətiririk"

Astarada onlayn rəsm müsabiqəsi:"Evdə qalın, baharı evinizə gətiririk"

02.05.2020 [13:05]

Astara Rayon Gənclər və İdman İdarəsi və Astara Rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında "Evdə qalın, baharı evinizə gətiririk" mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir həftə davam edən onlayn müsabiqədə rayonun ümumtəhsil məktəblərini və Astara Rayon Dövlət Rəsm Qalereyasını təmsil edən 31 istedadlı yeniyetmə və gəncin çəkdiyi rəsmlər nümayiş etdirilib.

Münsiflər heyətinin qərarına əsasən Fatimə Babazadə birinci, Nəzrin Qəhrəmanova ikinci, Elvira Fərziyeva üçüncü yerlərə sahib olublar.

Onlayn müsabiqənin qalibləri və fərqlənən gənclər Rayon Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülüblər.

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31