/ / Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bir sıra aviadaşıyıcılarla yeni fəaliyyət planları və uçuşların bərpasını müzakirə edib
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bir sıra aviadaşıyıcılarla yeni fəaliyyət planları və uçuşların bərpasını müzakirə edib
09.05.2020 [15:34]
Mayın 8-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və ölkəmizdə təmsil olunan beynəlxalq hava yolları şirkətlərinin nümayəndələri arasında “Pandemiya dövründən sonra aviadaşıyıcıların yeni fəaliyyət planları və uçuşların bərpası" mövzusunda onlayn müzakirələr keçirilib.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev turizm şirkətləri və turoperatorlar üçün beynəlxalq uçuşların tezliklə bərpa edilməsinin vacib məsələ olduğunu diqqətə çatdırıb. Assosiasiya rəhbərinin sözlərinə görə beynəlxalq aviauçuşların dayandırılması turizm şirkətlərini çətin vəziyyətə salmaqla yanaşı, böyük itkilərlə üzləşdirib.
“Azərbaycan Hava Yolları”nın beynəlxalq uçuşları tam bərpa etməyə hazır olduğunu deyən şirkətin avidaşımaların satış mərkəzinin rəisi Niyazi Həsənov hazırda qarşıda duran əsas məsələnin dünyada pandemiyanın aradan qaldırılması və ölkələrin öz sərhədlərini uçuşlar üçün açıq elan etməsindən asılı olduğunu bildirib. O, bu maneələr aradan qaldırılmayana qədər beynəlxalq uçuşların dəqiq nə vaxt bərpa olunacağının proqnozlaşdırılmasının çətin olduğunu diqqətə çatdırıb.
Pandemiyadan sonra Novosibirsk-Bakı istiqamətinə ilk uçuşun iyulun 10-da reallaşacağını deyən “Sibir Hava Yolları”nın Azərbaycan üzrə rəsmi nümayəndəsi Arif Şahbazov hazırda şirkətin çətin günlər yaşadığını bildirib. Onun sözlərinə görə indiki mərhələdə şirkət 101 hava gəmisindən yalnız 40-nı daxili uçuşlar olmaqla işə cəlb edib. O üzdən itkilər böyükdür.
Müzakirələrdə iştirak edən “AirAstana” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Deulet Yerkenule şirkətin 10 illik fəaliyyəti dövründə ilk dəfə olaraq belə çətin vəziyyətə düşdüklərini deyib. O, Azərbaycan istiqamətinə ilk uçuş tarixinin iyun ayının ortalarına nəzərdə tutulduğunu bildirib. Deulet Yerkenule oktyabrı ayına qədər Bakı-Astana reysinin də ləğv olunacağını qeyd edib. Onun sözlərinə görə, aviaşirkət bu müddət ərzində yalnız Bakı-Almata reyslərini həyata keçirəcək.
“Travelport” şirkətinin Azərbaycan üzrə direktoru Emil Bayramov pandemiyanın ilk günlərindən dünya turizm bazarında baş verən hadisələrlə bağlı onlayn informasiya mərkəzinin yaradıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, şirkət mart ayından onlayn kurslar və vebinarlar keçirib. Emil Bayramov bu müddət ərzində aviabilet satışları üzrə 300 yaxın mütəxəssis hazırladıqlarını və yeni məhsullar üzərində iş aparıldığını bildirib.
“Özbəkistan Hava Yolları” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Hasan Mavlyanov şirkətin satışlara yalnız iyul ayından başlayacağını deyib. O, sərnişinlərin təhlükəsizliyi və sağlamlığı üçün bir sıra yeni tədbirlərin görüləcəyini bildirib.
Müzakirələrdə, eyni zamanda, pandemiyadan öncə alınan biletlərin geri qaytarılması, sərnişinlərin təhlükəsizliyi, uçuşlar üçün prioritet istiqamətlər, aviaşirkətlər tərəfindən qiymət siyasətində edilə biləcək dəyişikliklər və digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

