Azərbaycan ombudsmanı Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb
02.06.2020 [09:18]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.
Bəyanatda deyilir: “Bütün dünyada olduğu kimi, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il Azərbaycanda da qeyd edilir. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili olaraq bütün uşaqları, valideynləri, habelə onların hüquq və mənafelərinin müdafiəsi ilə məşğul olan şəxsləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edir və uğurlar arzulayıram.
Müasir dövrdə uşaq hüquqlarının səmərəli təmini, müdafiəsi və təbliği hər bir dövlətin və bütövlükdə cəmiyyətin inkişafını şərtləndirən mühüm faktorlardan biri kimi çıxış edir. Buna görə də gələcəyimiz olan uşaqların hüquqlarının müdafiəsinə, onların hərtərəfli inkişafına nail olmaq dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Azərbaycan Respublikasının Konstitusiyasında, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında, habelə ölkəmizin tərəfdar çıxdığı bir sıra digər beynəlxalq müqavilələrdə uşaqların hüquqlarının müdafiəsi ilə bağlı mühüm normalar təsbit edilib ki, onların da həyata keçirilməsinə dövlət tərəfindən nəzarət edilir.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-uşaq siyasəti ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmağa, onların sağlamlığına, təhsilinə, yüksək mənəvi-əxlaqi, milli dəyərlər əsasında təlim-tərbiyə alaraq hərtərəfli inkişafına xidmət edir.
Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil və sosial xidmət müəssisələrinin inşası, onların müasir tələblərə uyğun şəkildə yenidən qurulması, həmçinin digər sahələrdə də görülən işlər, gerçəkləşdirilən layihələr, proqramlar isə özünün uğurlu nəticələri ilə böyük sevinc və razılıqla qarşılanır.
Milli insan hüquqları institutu olaraq uşaq hüquqlarının müdafiəsi və təşviqi məsələlərini daim diqqət mərkəzində saxlayan Ombudsman təsisatı tərəfindən davamlı olaraq Bakı şəhərində və ölkəmizin regionlarında uşaq hüquqları ilə bağlı silsilə maarifləndirmə tədbirləri təşkil edilir, uşaq tərbiyə müəssisəsinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanma yerlərinə başçəkmə və monitorinqlər aparılır, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlarla görüşlər keçirilir, təhsil müəssisələrində uşaqların iştirakı ilə müzakirələr aparılır.
Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyinin əməkdaşlığı ilə ümumtəhsil müəssisələrində uşaq hüquqları sahəsində həmyaşıddan-həmyaşıda üsulu ilə pilləli tədris proqramı hər il Bakı şəhərinin hər bir rayonu, habelə respublikamızın müxtəlif şəhər və rayonlarından bəzi məktəbləri əhatə etməklə uğurla davam etdirilməkdədir. Pilləli tədris prosesində Təhsil Nazirliyinin müvafiq qurumları, eləcə də Bakı Dövlət Universitetindən alınmış rəy əsasında nəşr edilmiş “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” və “Uşaq hüquqları hamı üçün” adlı iki tədris vəsaitindən istifadə olunmuşdur. Ombudsman Aparatı tərəfindən hazırlanaraq çap olunmuş uşaq hüquqları üzrə maarifləndirici vəsaitlər pilləli tədrisin həyata keçirildiyi məktəblərin kitabxanalarına təqdim edilmişdir. Ümumilikdə, Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 190-dan çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 11000-dən artıq şagirdə müvəkkil tərəfindən sertifikat, 900-dən çox müəllim və direktora təşəkkürnamə verilmişdir.
Son vaxtlar bütün dünyada olduğu kimi, ölkəmizdə də yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə tətbiq edilən xüsusi karantin rejimi şəraitində uşaq hüquqlarının təmininə diqqətin daha da artırılması mühüm əhəmiyyət kəsb etdiyindən bu istiqamətdə Ombudsman təsisatı tərəfindən də zəruri addımlar atılır.
Belə ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Ombudsman Aparatında və regional mərkəzlərində insanların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, uşaqlar, onların valideynləri və digər qanuni nümayəndələri uşaq hüquq pozuntusu ilə bağlı məlumatı təcili olaraq ombudsmana ötürmək üçün elektron qaydada (poçt, onlayn müraciət, e-mail, faks), sosial şəbəkələr (Facebook, Twitter), habelə 24 saat ərzində xidmət göstərən “qaynar xətt” telefonu (012916) vasitəsilə müvəkkilə müraciət edə bilirlər.
Qeyd etmək lazımdır ki, müvəkkilin pandemiya dövründəki fəaliyyəti çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərə dair ictimaiyyətə məlumat verilmişdir.
Ombudsmanın ünvanına daxil olan bütün müraciətlərə çox həssaslıqla yanaşılır, qaldırılan məsələlərin həlli ilə bağlı operativ şəkildə təcili addımlar atılır ki, bu da istismar, zorakılıq və digər bu kimi hüquq pozuntularına məruz qalmış uşaqlarda özünümüdafiə bacarıqlarını formalaşdırır və pozulmuş hüquqlarının bərpasına nail olunur.
Təəssüflə qeyd edirik ki, təcavüzkar erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanları sırasında uşaqlar da var. 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı zamanı qətlə yetirilmiş 613 nəfərdən 63-ü məhz uşaqlar olmuşdur. Bununla yanaşı, 8 ailənin tamamilə məhv edilməsi nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 76 uşaq yaralanmışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür ki, onların arasında 67 uşaq var. Həmçinin, işğalçı Ermənistanla Azərbaycan arasında 1994-cü ildə atəşkəs əldə olunsa da, bu günə qədər təcavüzkar ölkəyə məxsus silahlı qüvvələrin atəşkəs rejimini mütəmadi olaraq pozması nəticəsində uşaqların ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş fundamental hüquq və azadlıqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, bu günədək 34 nəfər uşaq erməni terrorunun qurbanına çevrilmişdir ki, onlardan 14 nəfəri həlak olmuş, 20 nəfəri isə yaralanmışdır.
Bütün uşaqların normal, təhlükəsiz şəraitdə və sağlam ətraf mühitdə yaşamaq, təhsil almaq hüquqlarının reallaşdırılması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün uşağın normal ailəsinin olması əsas şərtlərdəndir. Ailədə övladın yaxşı tərbiyəsi isə valideynlərin ümdə vəzifələrindən olmalıdır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam əqidəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan, xalqa, dövlətçiliyə sadiq övladlar kimi yetişdirməlidirlər.
Uşaqlara bütün sahələrdə göstərilən qayğı cəmiyyət üçün layiqli, faydalı, öz hüquqlarını bilən və onları müdafiə etməyi bacaran şəxsiyyət yetişdirmək kimi çox ülvi bir məqsədə xidmət etməlidir. Biz uşaqları elə tərbiyə etməliyik ki, öz hüquqlarını tanısınlar, heç kimin onları təsir altına salmasına, istismara və zorakılığa məruz qoymasına imkan verməsinlər.
Mərkəzi və yerli icra hakimiyyətləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, onlara göstərilən dövlət qayğısı, uşaq əməyinə və erkən evlilik hallarına qarşı mübarizə, uşaqlar arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin edilməsi və onların sosial inklüziyası, uşaqların ayrı-seçkilikdən müdafiəsi, bərabərlik hüquqları və digər mövzularda onlayn maarifləndirmə tədbirlərinin, rəsm və inşa müsabiqələrinin təşkili zəruridir.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlar naminə və uşaqların iştirakı ilə bütün dövlət qurumlarını, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrini, icmaları və bütövlükdə hər kəsi uşaqlara qayğı ilə yanaşmağa və dəstək verməyə çağırıram.
Gəlin bunu heç zaman unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir, hamımız onların xoşbəxt gələcəyi üçün çalışaq, uşaqlar üçün yararlı inklüziv cəmiyyət yaradaq!”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

