Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şuradan yeni elektron tətbiq: SƏLİS müqavilə

Şuradan yeni elektron tətbiq: SƏLİS müqavilə

03.06.2020 [19:55]

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası iyunun 2-dən başlayaraq QHT-lərlə qrant müqavilələrini heç bir canlı təmas olmadan elektron qaydada imzalamağa başlayıb. SƏLİS müqavilə iki formada – “ASAN imza” və elektron imza vasitəsilə bağlanır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud AZƏRTAC-a bildirib ki, qrant müqavilələrinin elektron qaydada imzalanması ölkəmizdə QHT-lərə xidmət sahəsində ilk dəfədir tətbiq olunur. Bu yenilik QHT-yə cəmi bir neçə saniyə ərzində qrant müqaviləsini imzalamağa imkan verir.

Məlumat üçün bildiririk ki, Şura 2019-cu ildən QHT layihələrinin idarə olunması prosesini SƏLİS çərçivəsində elektronlaşdırıb. Hazırda isə qrant müqavilələrinin imzalanması da elektron qaydada həyata keçirilir.

Paylaş:
Baxılıb: 315 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31